Sentyabrda Berlində keçirilməsi nəzərdə tutulan marafon təxirə salınıb
Sentyabrın 26-27-də Almaniyanın paytaxtı Berlində keçirilməsi nəzərdə tutulan marafon koronavirus pandemiyası səbəbindən təxirə salınıb.
Diaspor.info turnirin rəsmi saytına istinadla xəbər verir ki, bu addım yerli hökumətin ölkədə 5 min və daha artıq insanın iştirakı ilə nəzərdə tutulan tədbirlərə qoyduğu qadağa səbəbindən atılıb.
Yarışın yeni vaxtı barədə qısa müddətdə məlumat veriləcəyi vurğulanıb.
Qeyd edək ki, Berlin marafonu 1974-cü ildən bəri hər il təşkil olunur.
390