ZAQATALALI MÜƏLLİMƏ VƏTƏN MÜHARİBƏSİNDƏ ÖN CƏBHƏDƏ OLAN CƏRRAHDAN RAZILIQ EDİR.
Diaspor.info saytının Zaqatala bölməsinə müraciət edən Xanım Hacıyeva yaxın günlərdə cərrahi əməliyyat keçirdiyini bildirib. Xanım müəllimə "Vətən Müharibəsində" həkim kimi xidmət etmiş cərrah Məmmədov Aslan Abdulla oğlundan razılıq etdiyini bildirərək onunla bağlı öz fikirlərini bölüşüb:" bu günlərdə özümü çox narahat hiss edirdim, iş elə gətirdi ki, həkim müayinəsindən sonra cərrahi müdaxiləyə ehtiyac olduğunu anladım və mən buna razılıq verdim. Cərrah Məmmədov Aslan Abdulla oğlu əməliyyatı yüksək səviyyədə həll etdi. Daha sonra onun peşəkar həkim-cərrah olmaqla yanaşı həm də gözəl ürək sahibinin olduğunun şahidi oldum. İnanın ki, bir anlıq xəstəliyimi unutmuşdum. Və bu mənə çox xoş oldu, istədim ki, vətəndaşlarımız Aslan həkim kimi peşəkar insanları yaxından tanısın. "
Biz də öz növbəmizdə Zaqatala RMX-nın Cərrahiyyə şöbəsində olduq və Aslan həkimlə yaxından tanış olduq. Aslan Məmmədov 1999-2001-ci illərdə təhsilin internatura pilləsini bitirdikdən sonra Naxçıvanda "N" saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib. 2002-ci ilin may ayından Zaqatala RMX-də həkim kimi işləməyə başlayıb. Aslan həkim vətənpərvər olduğunu "Vətən Müharibəsi" başlayan gündən əməli işi ilə sübut edib. Belə ki, həkim-cərrah Aslan Məmmədov 27 sentyabr 2020-ci ildə könüllü olaraq Qarabağa müharibə gedən qaynar nöqtələrə yola düşüb. Füzuli, Zəngilan, Laçın, Qubadlı rayonlarında yaralı Azərbaycan əsgərlərinə tibbi yardım göstərib. Müharibə zamanı cərrahın sonuncu iş yeri Laçın rayonu Güləbird kəndində olub.
Diaspor.info
Zaqatala bölməsi