QAXDA HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 101-Cİ İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ KEÇİRİLƏN İNŞA YAZI MÜSABİQƏSİNİN QALİBLƏRİ MÜKAFATLANDIRILIB.
Məlum olduğu kimi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü yaxınlaşır, bu münasibətlə respublikanın hər yerində müxtəlif tədbirlər, yarışlar və müsabiqələr keçirilir. Belə müsabiqələrdən biri də “Azərbaycan Yazıçılar Birliyinin Şimal-qərb Regional Bölməsi Və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin ATİAHİ-nin” rayon komitələri ilə birgə təşkil etdiyi “Heydər Əliyev Məktəblilərin Gözü İlə” inşa yazı müsabiqəsidir. Bir neçə aydır davam edən müsabiqənin qalibləri artıq məlum olduğuna görə təltifolunma mərasimlərinə start verilib.
Altıncı, sonuncu təltifolunma tədbiri 07-05-2024-cü ildə Şəki-Zaqatala Regional Təhsil İdarəsi, Qax rayon təhsil sektoru, Qax şəhər Namiq Allahverdiyev adına iki nömrəli məktəb-liseydə keçirilib. Tədbirdə “Azərbaycan Yazıçılar Birliyi Şimal-qərb Regional Bölməsinin sədri, yazıçı-jurnalist Əlmaniz Ələkbərli, Şəki-Zaqatala Regional Təhsil İdarəsi Qax rayon Təhsil Sektorunun” müdiri Babək Heydərov, “Yeni Azərbaycan Partiyasının” Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev, Qax RİH “İctimai-siyasi və humanitar məsələlər şöbəsinin” müdiri Vəfa Heydərova, Qax şəhər bələdiyyəsinin sədri Eyvaz Orucov və bir neçə məktəb direktorları, müəllim və qalib olan şagirdlər, Qax rayon ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, daha sonra isə Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarından keçən bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Qax rayon təhsil sektorunun müdiri Babək Heydərov Şəki-Zaqatala Regional Təhsil İdarəsinin ATİAHİ-nin” rayon komitələri ilə birgə təşkil etdiyi “Heydər Əliyev Məktəblilərin Gözü İlə” inşa yazı müsabiqəsinin keçirilməsi və onun şagirdlərin vətənpərvər ruhda böyüməsinə təsirindən danışıb.
Və inşa yazı müsabiqəsinin qaliblərini ürəkdən təbrik edib. Daha sonra Qax rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyevin salamlarını tədbir iştirakçılarına çatdıran Qax RİH “İctimai-siyasi və humanitar məsələlər şöbəsinin” müdiri Vəfa Heydərova çıxış edərək Ulu öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən danışıb:” Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir.
Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Heydər Əliyev o dahi şəxsiyyətlərdəndir ki, yüz illərlə zamanda tək-tək dünyaya gəlir.
Heydər Əliyevin şəxsi həyatına, xalqına və dövlətinə etdiyi xidmətlərinə nəzər salarkən onun həyatının xalqımız üçün bir örnək olduğu aydın görünür.
Heydər Əliyev Azərbaycan xalqını nəinki qardaş qırğınından qurtardı, dünyanın ən inkişaf etmiş dövlətləri ilə bərabər inkişaf yoluna çıxardı. Dahi lider Azərbaycanda bütün sahələrin inkişafına xüsusi diqqət və qayğı göstərirdi. O cümlədən təhsilimizə xüsusi diqqət yetirirdi.
Heydər Əliyevin söylədiyi “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” kəlməsi təhsilə, müəlliminə nə qədər böyük əhəmiyyət verməsindən xəbər verirdi.
Daha sonra Vəfa xanım müsabiqə qaliblərini ürəkdən təbrik edib.
Daha sonra tədbirdə məktəbli Mələk Mehrablı “Şuşam Mənim” şeiri səsləndirilib.
Sonra Azərbaycan Yazıçıları Birliyi Şimal-Qərb Regional Bölməsinin sədri, Diaspor.info saytının baş redaktoru Əlmaniz Ələkbərliyə söz verilib. Əlmaniz müəllim “Azərbaycan Yazıçılar Birliyinin Şimal-qərb Regional Bölməsi Və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin ATİAHİ-nin” rayon komitələri ilə birgə təşkil etdiyi “Heydər Əliyev Məktəblilərin Gözü İlə” inşa yazı müsabiqəsinin keçirilməsi və onun şagirdlərin vətənpərvər ruhda böyüməsinə təsirindən danışıb:“Məlum olduğu kimi bir neçə aydır regionumuzda “Heydər Əliyev Məktəblilərin Gözü İlə “adlı inşa yazı müsabiqəsi keçirilir.
Artıq rayon və zona qalibləri müəyyən olunubdur. Bu gün bu tədbirimizdə qaliblər təltif olunacaqdır. “Heydər Əliyev məktəblilərin gözü ilə” adlı inşa yazı müsabiqəsinin keçirilməsində əsas məqsəd gənc nəsli Ulu Öndər Heydər Əliyev ideyaları ruhunda, onun zəngin irsi işığında yeni üsul və metodlarla tərbiyyə etmək, Onun irsinin dövlətçilik, azərbaycançılıq, bəşəri konsepsiyasını, idarəçiliyini öyrənmək, təbliğ etmək, bu ideyalardan faydalanmaq, həyatımızda istifadə etməkdir.
Bu tədbirimizdə yaşlı nəslin nümayəndələri də iştirak edirlər və bizlərin çoxu o dahi şəxsiyyəti canlı olaraq görmüşük. Məlum məsələdir, Heydər Əliyev elə bir dahi şəxsiyyətdir ki, onun haqqında bizdən sonra gələcək nəsillər də araşdırmalar aparacaq və bu fitri istedad sahibini dərindən öyrənəcəklər. Ancaq bu günün gəncliyi, şagirdlərimizin əlinə daha yaxşı fürsət düşüb ki, Heydər Əliyevlə canlı ünsiyyətdə olan insanların dilindən bunları öyrənə bilsinlər. Mənə bu xoşbəxtlik iki dəfə, tələbə olduğum vaxtlarda Naxçıvan şəhərində nəsib olub. Ümummilli liderimiz qarşısındakı insana yaşının fərqinə baxmayaraq onu təmkinlə dinləyir və onun sualını da cavablandırırdı.
Bizim görüşümüz o vaxt baş tutmuşdu ki, Naxçıvanın bütün yolları, o cümlədən hava yolları da, bağlı idi və insanlar çörəklə imtahana çəkilirdi. Həmin dövrdə Heydər Əliyev Naxçıvana tək quru canıyla gəlmişdi, nə sərvətimiz, nə də ki, silah-sursatımız var idi. O böyük şəxsiyyət nəinki Naxçıvanı bu vəziyyətdən çıxardı, bununla yanaşı bütöv Azərbaycanı yox olmaqdan qurtardı.
Onun 101-ci ildönümünə həsr olunan inşa yazısı çox əhəmiyyətlidir. Belə ki, şagirdlərimiz onun haqqında daha çox oxuyur və öz fikirlərini kağız üzərinə köçürə bilirlər. Odur ki, belə inşa yazı müsabiqələri nə qədər çox keçirilərsə şagirdlərimiz daha çox Heydər Əliyev irsini dərindən öyrənərlər. Qax rayon təhsilinin uğurlarından xəbərdar olan biri kimi onu da xüsusi vurğulamaq istəyirəm ki, bu inşa yazı müsabiqəsində də Qax məktəbliləri çox aktivlik göstəriblər. Mən bütün qalibləri ürəkdən təbrik edirəm.”
Bundan sonra məktəbli Dəniz Qasımova Heydər Əliyevə həsr olunmuş şeir söyləyib.
Tədbirdə YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev də çıxış edərək Azərbaycan tarixinin müxtəlif dövrlərində Ümummilli Lider Heydər Əliyevin rolunu xüsusi qeyd edib və belə müsabiqələrin keçirilməsinin gənclərin həyatında əhəmiyyətli rola malik olduğunu vurğulayıb. “Azərbaycan Yazıçılar Birliyinin Şimal-qərb Regional Bölməsi Və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin ATİAHİ-nin” rayon komitələri ilə birgə təşkil etdiyi “Heydər Əliyev Məktəblilərin Gözü İlə” inşa yazı müsabiqəsinin keçirilməsi və onun şagirdlərin vətənpərvər ruhda böyüməsinə təsirindən geniş danışaraq belə müsabiqələrin keçirilməsini alqışladığını bildirib.
Natiq müəllim öz çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti qarşısındakı misilsiz fəaliyyəti, xüsusən də təhsilimizə olan diqqət və qayğısı və onun dövlətçiliyimizin xilaskarı olmasını xüsusi qeyd etmişdir.
Natiq müəllim onun bir çox sahələrə, xüsusən də təhsil sahəsinə ayrıca diqqət göstərdiyini vurğulayıb. YAP Qax rayon təşkilatının sədri Ulu öndər haqqında danışarkən onun uşaqlara göstərdiyi diqqət və qayğıdan, ölkəmizdə uşaqların hərtərəfli inkişafının təmin edilməsi istiqamətində görülən işlərdən də danışaraq müsabiqə qaliblərini təbrik edib.
Tədbirdə çıxış edən Qax şəhər bələdiyyəsinin sədri Eyvaz Orucov
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan “Heydər Əliyev Məktəblilərin Gözü İlə” inşa yazı müsabiqəsinin təşkilatçıları olan “Azərbaycan Yazıçılar Birliyinin Şimal-qərb Regional Bölməsi Və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin ATİAHİ-nin” rayon komitələrinə öz təşəkkürünü bildirib. Bələdiyyə sədri belə müsabiqələrin məktəblilər arasında keçirilməsini xüsusi alqışlayaraq, bunun gələcək nəsillərin yetişməsində böyük rol oynayacağını qeyd edib.
Və şəhər bələdiyyə sədri kimi söz verib ki, bu ilki məzunlar arasında 700 bal toplayan şagirdləri çox qiymətli hədiyyə gözləyir. O çıxışının sonunda qalib olmuş şagirdləri ürəkdən təbrik edib.
Daha sonra tədbirdə Əziz Şuşa Sən Azadsan şeiri və bir neçə mahnılar səsləndirilib.
Sonda yekun nitq söyləyən AYB Şimal-qərb Regional Bölməsinin sədri Əlmaniz Ələkbərli tədbirin təşkili üçün Qax rayon təhsil sektorunun kollektivinə, xüsusən Vüsalə xanıma və ATİAHİ-nin Qax rayon komitəsinin sədri Təranə Həşimovaya, Qax şəhər iki saylı məktəb-liseyin kollektivinə və yaradılan şəraitə görə zəhməti keçən hər bir kəsə öz minnətdarlığını bildirib.
Və bundan sonra qaliblər təltif olunublar, sonra xatirə şəkili çəkilib.
Diaspor.info
QAX.