18 may 2024-cü il tarixdə Azərbaycan Gənc Tamaşaçılar Teatrında tanınmış nasir, dramaturq, Teatr xadimləri ittifaqının üzvü Tamara Vəliyevanın "Mənim ağ göyərçinim" adlı pyesi əsasında eyniadlı tamaşa nümayiş olunmuşdur. Anşlaq olaraq nümayiş olunan teatrda tamaşaçı qismində böyük əksəriyyət Nizami rayon təhsil işçiləri təşkil etmişdir ki, buna səbəb 300-ə yaxın bileti Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Nizami rayon komitəsi hesabına təhsil işçilərinə təmin olunmasıdır.
Tamaşa başlamazdan əvvəl Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Nizami rayon komitəsinin sədri Sübut Əsədov çıxış etmiş və tamaşaçıları salamlamışdır. Böyük maraqla izlənən tamaşadan sonra komitə sədri Sübut Əsədov gənc aktyor və aktrisaları Nizami rayon komitəsinin Fəxri fərmanları ilə təltif etmiş, aktrisalara gül dəstələri verilmişdir.