• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

4-07-2025, 20:00 | Baxılıb: 314
“Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib.
Tədbirdə çıxışı zamanı Ombudsman ölkəmizdə artan rəqabətə uyğun insan kapitalının formalaşdırılmasını və inkişafını prioritet məqsədlərdən biri kimi müəyyənləşdirildiyini bildirib, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsis olunan “Yüksəliş” müsabiqəsinin strateji idarəçilik mədəniyyətinin formalaşmasına və bacarıqlı kadrların dövlətin inkişafında iştirak etməsinə geniş imkanlar yaratdığını qeyd edib.
Müvəkkil Azərbaycanda insan kapitalının hərtərəfli inkişafı sahəsində dövlət proqramları, strategiyalar və fəaliyyət planlarının qəbul olunduğunu və davamlı islahatların aparıldığını diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycan Respublikasının Konstitusiyasında insan hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi kimi təsbit olunması, habelə bu ali məqsədin həyata keçirilməsi sahəsində konstitusion statusa malik Ombudsman təsisatının yaradılması ölkəmizdə insan hüquqlarına verilən ən yüksək dəyərin təzahürüdür.
İnsan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyəti barədə məlumat verən Ombudsman beynəlxalq təcrübələrdən irəli gələrək mandatının genişləndiyini, dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirildiyini bildirib.
Hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, əhalinin müxtəlif qruplarının hüquqlarının təbliği sahəsində fəaliyyəti barədə danışan Müvəkkil hər il ölkəmizdə insan hüquqları və uşaq hüquqları aylıqlarının elan olunduğunu, aktual mövzuları əhatə edən çoxsaylı hüquqi maarifləndirmə tədbirlərinin həyata keçirildiyini qeyd edib.
Ombudsman mentoru olduğu “Yüksəliş” müsabiqəsi qalibləri ilə mütəmadi görüşlərin keçirildiyini, həmin şəxslərin təsisatın fəaliyyətinə cəlb olunmalarının onların idarəetmə bacarıqlarının real hüquqi və institusional mühitdə inkişaf etdirilməsinə, həmçinin həssas əhali qruplarının hüquqlarının müdafiəsi sahəsində praktiki təşəbbüslərdə iştirak etmələrinə əlverişli imkan yaratdığını diqqətə çatdırıb.
Yekunda Ombudsman Səbinə Əliyeva “Yüksəliş” müsabiqəsinin iştirakçılarına uğurlar arzulayıb.

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
скачать dle 10.6фильмы бесплатно


314

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.