• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) “İnsan Hüquqları Aylığı”nın elan olunması ilə bağlı M Ü R A C İ Ə T İ

18-05-2024, 11:30 | Baxılıb: 293
“Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) “İnsan Hüquqları Aylığı”nın elan olunması ilə bağlı  M Ü R A C İ Ə T İ

Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın)
“İnsan Hüquqları Aylığı”nın elan olunması ilə bağlı

M Ü R A C İ Ə T İ

Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də ölkəmizdə ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunmuş və insan hüquqlarının təmini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir.
Bu siyasəti uğurla davam və illər keçdikcə daha da inkişaf etdirən ölkə Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə iyunun 18-i Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis edilmiş və artıq 17 ildir ki, hər il qeyd olunur.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən ənənəvi olaraq hər il bu əlamətdar gün ərəfəsində 18 may - 18 iyun tarixləri ölkə ərazisində “İnsan Hüquqları Aylığı” elan edilərək paytaxtda və regionlarda insan hüquqlarını təbliğ edən müxtəlif aktual mövzularda maarifləndirmə tədbirləri keçirilir.
Qeyd olunanları və qarşıdan 18 İyun - Azərbaycan Respublikasında İnsan Hüquqları Gününün gəldiyini nəzərə alaraq, cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, insan hüquqlarının müdafiəsi sahəsində əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələr barədə ictimai məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə həmin əlamətdar günlə bağlı cari ilin 18 may - 18 iyun tarixlərini ölkədə “İnsan Hüquqları Aylığı” elan edirəm.
Aylıq çərçivəsində keçirilən maarifləndirmə kampaniyalarında ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Dayanıqlı İnkişaf  Məqsədləri, qüvvədə olan qanunvericilik aktları, dövlət proqramları, strategiyalar, milli fəaliyyət planları, konsepsiyalar, habelə bu kimi digər sənədlərdən, Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təşkilindən irəli gələn mövzulara üstünlük verilməsi tövsiyə olunur.
Bununla əlaqədar dövlət orqanlarını, bələdiyyələri, elm, təhsil, mədəniyyət, sosial xidmət, tibb, penitensiar müəssisələrini, vətəndaş cəmiyyəti institutlarını, o cümlədən qeyri-hökumət təşkilatları, media subyektləri, həmkarlar ittifaqları və digər aidiyyəti qurumları təşəbbüsümüzə fəal şəkildə qoşularaq, insan hüquqlarının təşviqi, müdafiəsi və təmini işinə diqqəti daha da artırmağa, bu məsələyə həsr olunmuş müxtəlif aktual mövzular üzrə silsilə maarifləndirmə tədbirləri təşkil etməyə, bu barədə məlumatları #İnsanHüquqlarıAylığı və #HumanRightsMonth həştəqləri ilə sosial şəbəkə hesablarında paylaşmağa çağırıram.
Eyni zamanda, şəhid ailələri, müharibə iştirakçıları, əlilliyi olan şəxslər, uşaqlar, ahıllar, qaçqınlar, keçmiş məcburi köçkünlər, miqrantlar da daxil olmaqla sosial cəhətdən həssas əhali qruplarının hüquqlarının təmini məsələlərinə xüsusi həssaslıq göstərilməsi, hüquqi maarifləndirici vəsaitlərin hazırlanması, nəşri və əhali arasında yayılması, keçirilən tədbirlərin, çəkilən reklam çarxlarının audiovizual, çap, onlayn media, həmçinin teleradio kanalları, sosial şəbəkə hesabları vasitəsilə işıqlandırılması işində fəallıq nümayiş etdiriləcəyinə inanır və əvvəlcədən təşəkkürümü bildirirəm.

Hörmətlə, 

Səbinə Əliyeva 
Azərbaycan Respublikasının 
İnsan Hüquqları üzrə Müvəkkili 
(Ombudsman)

18 may 2024-cü ilскачать dle 10.6фильмы бесплатно


293

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib
Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.