“Atletiko”dan səfər heç-heçəsi, "Valensiya" qələbəyə sevinib
Futbol üzrə İspaniya La Liqasında 35-ci tura start verilib.
DİASPOR.İNFO xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
Turun açılış matçında “Valensiya” “Valyadolid”i qəbul edib. Üç qolun qeydə alındığı matçda meydan sahibləri sevinən tərəf olublar.
Madridin “Atletiko” klubu isə Viqo səfərində “Selta”nın qonağı olub. Bu görüşdə isə qalib müəyyənləşməyib.
İspaniya La Liqası
35-ci tur
7 iyul
Valensiya – Valyadolid 2:1
Qol: M.Qomes, 30. Kanqin, 89 – V.Qarsiya, 47.
Selta – Atletiko 1:1
Qol: Beltran, 49 – Morata, 1.
8 iyul
22:30 Betis – Osasuna
22:30 Xetafe – Vilyarreal
00:00 Barselona – Espanyol
9 iyul
21:30 Eybar – Leqanes
21:30 Malyorka – Levante
00:00 Atletik – Sevilya
10 iyul
21:30 Real Sosyedad – Qranada
00:00 Real – Alaves