• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Şapur Ənsəri ilə görüşüb

25-04-2024, 12:00 | Baxılıb: 364
“Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Şapur Ənsəri ilə görüşüb

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Şapur Ənsəri ilə görüşüb
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov uzun müddət ABŞ-nin Corctaun Universitetində ürək cərrahı işləyən, əslən Cənubi Azərbaycandan olan Şapur Ənsəri ilə görüşüb.
Qonağı səmimi salamlayan Komitə sədri Azərbaycan həqiqətlərinin ABŞ-də tanıdılması istiqamətində xüsusi rolu olan Şapur Ənsərini ölkəmizdə görməkdən məmnunluğunu bildirib, ona gələcək fəaliyyətində uğurlar arzu edib. Görüşdə Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında həyata keçirilən diaspor siyasəti və dünya azərbaycanlılarını birləşdirən irihəcmli layihələr barədə məlumat verib.
Şapur Ənsəri iştirak etdiyi, Azərbaycan Diplomatik Akademiyasında keçirilən “COP29 və Azərbaycan üçün yaşıl baxış” beynəlxalq forumunun uğurlu işi, həmçinin forumda Prezident İlham Əliyevlə səmimi söhbəti ilə bağlı təəssüratlarını bölüşüb. ABŞ-dəki Azərbaycan icmasının yumşaq gücə çevrilmə yolundakı müvəffəqiyyətlərindən danışıb. Azərbaycanın mədəniyyətinin təbliği istiqamətində layihələrə dəstək verməsindən bəhs edib, hər səfərində ölkəmizin sürətli inkişafına şahid olduğunu vurğulayıb.
Xatırladaq ki, Şapur Ənsəri 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin ABŞ-a səfəri zamanı Azərbaycan icması ilə görüşündə iştirak edib. Daha sonra Bakıya səfəri zamanı da Ulu Öndərlə görüşdüyünü qeyd edən nüfuzlu həkim-cərrah ABŞ-Azərbaycan ikitərəfli münasibətlərinin qurulması ilə bağlı öz fikirlərini bildirib.
Qeyd edək ki, Azərbaycan Diplomatik Akademiyasında “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forumdan əvvəl tələbələrlə və ekspertlərlə təşkil edilmiş görüşdə Şapur Ənsəriyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 2 fevral tarixli 4289 nömrəli Sərəncamı ilə təltif olunduğu “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı təqdim edilib.




Председатель Государственного комитета по работе с диаспорой встретился с Шапуром Ансари

Председатель Государственного комитета по работе с диаспорой Фуад Мурадов встретился с уроженцем Южного Азербайджана Шапуром Ансари, долгое время работающим кардиохирургом в Джорджтаунском университете США.
Радушно поприветствовав гостя, председатель комитета отметил, что рад видеть в нашей стране Шапура Ансари, играющего особую роль в популяризации азербайджанских реалий в США, пожелал ему успехов в дальнейшей деятельности. Он говорил на встрече о диаспорской политике, осуществляемой по поручению и рекомендациям Президента Ильхама Алиева, и крупномасштабных проектах, консолидирующих азербайджанцев мира.
Шапур Ансари поделился впечатлениями от успешной работы состоявшегося в Азербайджанской дипломатической академии международного форума “COP29 и зеленое видение для Азербайджана”, в котором принимал участие, а также теплой беседы на форуме с Президентом Ильхамом Алиевым.
Он говорил об успехах на пути превращения азербайджанской общины в США в мягкую силу, коснулся поддержки проектов, направленных на пропаганду азербайджанской культуры, подчеркнул, что каждый раз, приезжая в нашу страну, становится свидетелем динамичного развития..
Напомним, что Шапур Ансари был участником встречи общенационального лидера Гейдара Алиева с азербайджанской общиной во время его визита в США в 1997 году. Сообщив, что встречался с великим лидером и в ходе последующей поездки в Баку, известный врач-кардиолог поделился мнением об установлении американо-азербайджанских двусторонних отношений.
Отметим, что на встрече со студентами и экспертами, организованной перед международным форумом на тему “COP29 и зеленое видение для Азербайджана” в Азербайджанской дипломатической академии, Шапуру Ансари была вручена юбилейная медаль Азербайджанской Республики “100-летие Гейдара Алиева (1923-2023)”, которой он был награжден Распоряжением Президента Азербайджанской Республики Ильхама Алиева от 2 февраля 2024 года номер 4289.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Şapur Ənsəri ilə görüşüb
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Şapur Ənsəri ilə görüşübскачать dle 10.6фильмы бесплатно


364

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb
Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb
Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib
Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar
Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb

Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib

Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb

DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb

Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.