• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb

1-07-2025, 21:00 | Baxılıb: 263
“Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının Savadsızlığın aradan qaldırılması proqramlarının qiymətləndirilməsi üzrə tematik parlament qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı Müvəkkil nümayəndə heyətinə ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilən islahatlar, qəbul olunan qanunvericilik aktları, mövcud hüquq müdafiə mexanizmləri, Ombudsmanın mandatı, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilən fəaliyyət barədə ətraflı məlumat verib.
Beynəlxalq əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini bildirən Səbinə Əliyeva Azərbaycan və Mərakeşin ombudsman və milli insan hüquqları təsisatları arasında həm ikitərəfli, həm də regional və beynəlxalq təşkilatlar çərçivəsində sıx əlaqələrin mövcud olduğunu qeyd edib.
Ombudsman qonaqlara ölkəmizdə əhalinin həssas qruplarının, o cümlədən sağlamlıq imkanları məhdud olan, şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə saxlanılan şəxslər üçün yaradılmış təhsil imkanları barədə məlumat verib, ölkə Prezidentinin Sərəncamı ilə “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nın təsdiq edildiyini bildirib, ümumilikdə ölkəmizdə əhalinin savadlılıq səviyyəsinin hər zaman yüksək saxlanılması üçün yaradılmış imkanlardan danışıb.
Müvəkkil cəmiyyətdə hüquq mədəniyyətinin və hüquq düşüncəsinin formalaşdırılması istiqamətində silsilə maarifləndirmə tədbirlərinin təşkil olunduğunu, illik məruzələrində insan hüquq və azadlıqlarının, o cümlədən təhsil almaq hüququnun səmərəli təmini və müdafiəsi məqsədilə bir sıra təklif və tövsiyələr irəli sürdüyünü diqqətə çatdırıb.
Nümayəndə heyətinin üzvləri səmimi görüşə görə Ombudsman Səbinə Əliyevaya təşəkkür edib, Azərbaycanda insan hüquq və azadlıqlarının, o cümlədən təhsil hüququnun təmini və müdafiəsi sahəsində əldə olunan nəticələri yüksək qiymətləndirib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb
Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb
Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb
скачать dle 10.6фильмы бесплатно


263

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.