• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar

Dünən, 19:00 | Baxılıb: 18
“Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar

Bu gün biz daha çox inteqrasiya edilmiş regiona çevrilmək fikrindəyik. Həmin işlərə gənclərin qatılması bizə daha çox yaradıcı qüvvə gətirəcək, innovasiyaya yol açacaq.
Diaspor.info xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Əsəd Məcid Xan Ağdamda İƏT Həftəsi çərçivəsində keçirilən İƏT-in Gənclər Forumunda çıxışı zamanı deyib.

"İƏT regionu öz mədəniyyətləri, müxtəlifliyi, iqtisadiyyatları, cəmiyyətləri ilə fərqlənir. Ölkələrdə olan əhalinin 60 faizi məhz gənclərdən ibarətdir. Yaxşı təhsilə malik olan gənclər dayanıqlılığı, inkişafı və regional artımı irəliyə aparacaq bir gücə çevriləcək. Dünyanın müxtəlif yerlərində çağırışlar üzə çıxır. Bu regionda gənclər öz sözlərini deməlidirlər. Demək olar ki, bütün dünya üzrə gənclərin 30 faizi məşğuliyyətlə, həmçinin əmək bazarına çıxışla bağlı problemlərlə üzləşir. Gənclərə bu gün müəyyən bacarıqlar formalaşdırmaq imkanı yaradılmalıdır. Əlbəttə ki, yeni iş yerləri haqqında danışırıqsa, texniki bacarıqlar, bilik və savad çox vacibdir. Çünki biz yeni gələcək iqtisadiyyat haqqında danışırıq. Həmçinin İƏT regionunda gənc qadınlar məşğulluq baxımından böyük məhrumiyyətlərlə üzləşirlər. Siyasi mübarizə, münaqişələr səngimir ki, bu da qeyri-mütənasib şəkildə gənclərə təsir göstərir, yoxsulluğu daha da kəskinləşdirir və daha çox gərginliyə yol açır. Lakin ölkələrimiz arasında tarix və dəyərlər baxımından çox oxşarlıqlar var. Biz istənilən imkandan istifadə etməliyik ki, bir-birimizi daha çox tanıyaq, körpülər salaq, öyrənək, təcrübə mübadiləsi aparaq. Bu da əslində, bizim planlarımızın bir hissəsidir və gələcəyə doğru yatırılan sərmayədir”, - deyə o vurğulayıb.

Baş katib əməkdaşlıq proqramlarının universitetlərlə, təhsil ocaqları ilə birlikdə tərtib edilməsinin tərəfdarı olduqlarını diqqətə çatdırıb. “Qarabağ regionunda buna çalışacağıq. Ümid edirik ki, növbəti dəfə buraya gəldikdə, daha çox inkişaf görəcəyik. İstərdik ki, Qarabağ Universitetinin rektorunun təklifi ilə tələbə mübadiləsi proqramlarını həyata keçirək. Regionun müxtəlif yerlərindən gənclər buraya gəlib, təhsil alsınlar. Gənclərə sərmayələrin yatırılması ümumi gələcəyimizə yatırılan sərmayədir. Gənclərin bu işə qatılması regionun dayanıqlı inkişafına, iqtisadi artıma və regional əməkdaşlığa töhfə verəcək. Düşünürəm ki, bu, İƏT-in planlarının reallaşmasına daha çox töhfə verəcək. Mən Azərbaycan Respublikasının hökumətinə forumun təşkilinə görə təşəkkür edirəm. Azərbaycanın bu sahədə göstərdiyi rəhbərlik keyfiyyətləri, bu cür tədbirlərin təşkilində apardığı işlər gənclərin regional inkişaf məsələlərinə, tərəqqi işlərinə qatılmasına imkan yaradır", - deyə Əsəd Məcid Xan bildirib.скачать dle 10.6фильмы бесплатно


18

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb
Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb
Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib
Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar
Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb

Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib

Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb

DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb

Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.