Kinqsli Koman “Mançester Yunayted”in hədəfində.
Almaniyanın "Bavariya" klubunun futbolçusu Kinqsli Koman karyerasını İngiltərədə davam etdirə bilər.
DİASPOR.İNFO-nun məlumatına görə, fransalı yarımmüdafiəçi "Mançester Yunayted"in maraq dairəsinə düşüb.
Premyer Liqa təmsilçisi Dortmund "Borussiya"sının üzvü Ceydon Sançonun keçidinin reallaşmasında çətinliklərlə üzləşib. Bu üzdən də Komanın transferi gündəmə gəlib.
Download video
Artıq fransalının keçidi ilə bağlı danışıqların ilk mərhələsi də baş tutub. 24 yaşlı yarımmüdafiəçinin 40 milyon avroya alınacağı gözlənilir.
Qeyd edək ki, 2017-ci ildən "Bavariya"da oynayan Komanın müqaviləsi 2023-cü ildə başa çatacaq.
684