“Neftçi”nin yeni mövsüm üçün ilk transferi rəsmiləşib.
"Neftçi" klubu 2020-2021-ci il mövsümü üçün birinci transferini rəsmiləşdirib. DİASPOR.İNFO-nun verdiyi məlumata görə, paytaxt təmsilçisi Cabir Əmirli ilə 2 illik müqavilə bağlayıb. 23 yaşlı müdafiəçi “Neftçi”nin heyətində 2 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, C.Əmirli bundan əvvəl "Keşlə"də oynayıb. O, həmçinin Azərbaycan U-21 milli komandasında da çıxış edib.
424