ZAQATALA MÜALİCƏ DİAQNOSTİKA MƏRKƏZİ BÖLGƏDƏ ŞƏRİKSİZ LİDERDİR.
Diaspor info saytının Şimal-Qərb bürosu saytın rəhbəri Əlmaniz Ələkbərli ilə həmsöhbət olub. Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, Diaspor info saytının təsisçisi və baş redaktoru Zaqatala səhiyyəsi ilə bağlı bəzi fikirlərini saytımızıa da danışıb: Mən uzun illər Zaqatala və Ukraynanın Kiyev şəhərində yaşamışam. Hər iki şəhər yaşıllığı ilə xüsusi seçilən şəhərlərdəndir. Aydın məsələdir ki, bu şəhərlərdə rütubət biraz da artıqdır. Zaqatalanın tipik xəstəliyi sayılan, el arasında "Zob" adlanan xəstəliyə nəhayət ki,mən də tutuldum. Paytat Bakıdan fərqli olaraq Zaqatala Müalicə Diaqnostika Mərkəzində daha düzgün müalicə aldım. Tam əminliklə deyə bilərəm ki, Endekrinoloq Nərmin Məmmədova əsil, savadlı həkimdir. Onun şübhələndiyi bütün hallar analizdən sonra öz əksini tapdı. Vüsalə Şabanovanın rəhbərliyi ilə labaratoriya şöbəsini qeyd etməsəm günah olardı. Dəfələrlə eyni analizləri Almaniyanın sinevo labaratoriyalarında təkrar vermişəm, sanki cavabları kopyalamısan. Bəli gərək həkim savadsızlığından yazarkən savadlıları da unutmayaq.
Ən azından Allahdan qorxmaq lazımdır. Bəzən bir həkim savadsızlığı üzündən insanlar öz həyatını itirir. Bəli bu çox üzücüdür və cinayətdir. Ancaq bununla yanaşı bölgənin ümid yeri olan Müalicə Diaqnostika mərkəzində Nəriman Əfəndiyev kimi adlı-sanlı və insani keyfiyyətləri ilə seçilən cərrah vardır. Ən azından Nəriman həkim rayondadırsa deməli cərrahi əməliyyata ehtiyacı olan insan əmindir ki, o sağ qalacaq. Əslində bu çox ağır məsələdir. Çünki həkim-cərrah qıtlığı yaranmaqdadır.
Bu fikirlərimi ona görə sizinlə bölüşürəm ki, Endekrinoloq Nərmin Məmmədovanın xəstəsi olmuşam və konkret şəfa tapmışam. Odur ki,bölgənin vətəndaşlarına tam əminliklə deyə bilərəm ki, Zaqatala Müalicə Diaqnostika Mərkəzi Bölgədə Şəriksiz Liderdir.
Diaspor info
Şimal-Qərb bölgəsi.