BU GÜN HƏYATDA YAŞAMAĞIMA SƏBƏB GÖYDƏ ALLAH YERDƏ İSƏ NƏRİMAN ƏFƏNDİYEVDİR.
Diaspor.info saytının Şimal-qərb bürosuna müraciət daxil olub. Müraciət edən şəxs Zaqatala rayonunda kifayət qədər tanınan bir xanım, ictimai fəal Vəfa Rəcəblidir. Vəfa xanım ziyalı ailəsində dünyaya göz açıb. Valideyinləri müəllim və həkim olduğu üçün uşaqlıqda çox şən və rahat böyüyüb. Vəfa xanım ailə qurduqdan sonra Zaqatalada olan özəl klinikaların birində, ana olmaq üçün müayinədən keçir və elə həmin yerdə də, müalicə almağa başlayır. Bir müddət keçir, hamiləliyin düzgün getməməsindən şübhələnsə də, həkimlər onu narahat olmamağa inandırırlar. Özü demişkən bu rahatlıq onu yavaş-yavaş ölümə aparıb. Vəfa xanım müxbirimizlə danışarkən, kövrələrək hadisəni belə izah edib:
”Siz təsəvvür edirsinizmi, mən özəl klinikaya yaxşı pul ödədiyim üçün onlar məni son ana kimi əldən vermək istəməyiblər. Elə ki, gecə saatlarında görüblər mənim nəbzim artıq dayanmaq üzrədir, məcburən məndən imtina ediblər. Təxminən gecə saat 03-00 radələri olub. Məni Zaqatala Diaqnostika Mərkəzinə aparıblar.
Baş həkim Nəriman Əfəndiyevi evindən çağırıblar, o da, sağolsun ki, etiraz etməyib. Çətin əməliyyat olsa da, boynuna götürüb. Təsəvvür edirsinizmi, artıq hamı məndən əlini üzüb. Allahıma çox minnətdaram ki, məhz həmin gecə Nəriman Əfəndiyev rayonda oldu. Və məni ikinci dəfə həyata qaytardı. Siz inanmarsınız, onun yerinə kim olsaydı bu riski etməzdi. Nəriman Əfəndiyev, təkcə mənim yox bəlkə də, minlərlə insanın həyatını məhz belə çətin vəziyyətlərdə xilas edib, ölümdən qurtarıb. Ümumiyyətlə Uzi həkimi Nigar Əlixanova, Vüsalə Şabanova kimi həkimlər Azərbaycanda barmaqla sayılır.
Bu gün Nəriman həkimin rəhbərlik etdiyi Zaqatala Diaqnostika Mərkəzi Azərbaycanda ən adlı-sanlı özəl klinikalardan daha keyfiyyətli səhiyyə xidmət göstərir. Bunu sizin özünüz də, sorğu keçirərək öyrənə bilərsiniz.”
Müxbirimiz bir neçə zaqatalalı ilə həmsöhbət olmuş və sözügedən səhiyyə ocağı ilə bağlı yalnız xoş sözlər eşitmişdi. Yerli insanlar deyir ki, bu səhiyyə ocağı təkcə Zaqatalaya xidmət etmir, Qax, Balakən, Şəki və Mingəçevirdən belə xəstələr müalicə üçün məhz buraya gəlirlər.
Xəstələr deyir ki, Nəriman doktor kollektivdə çox mehriban şərait yaradıb. Bu da, həkimlərin xəstələrə qarşı xoş rəftarına gətirib çıxarır.
Bir xəstə müxbirimizə yaxınlaşaraq Zaqatala D. M.-nin Labaratoriya şöbəsinin müdiri Vüsalə Şabanova haqqında xoş sözlər deyib:” biz rayonda analizlər verdik, bir müddət sonra Moskvaya getmişdik və orada da, eyni analizləri verdik. Onun professionalnığına heyran olduq, sadəcə halaldır.”
Daha sonra endokrionoloq Nərmin Şabanova haqqında da, müxbirimizə fikir bildiriblər. Xəstə deyib ki, əvvəlcə paytaxta üz tutub, düşünüb ki, orada həkimlər daha savadlı olurlar. Lakin bir neçə aydan sonra ağırlaşma olduğu üçün rayona qayıdıb və yaxınlarının məsləhəti ilə Nərmin həkimin qəbuluna yazılıb. Qısa müddətdə yaxşılaşıb və günü-gündən sağalmağa başlayıb.
Zaqatala diaqnostika mərkəzi təkcə regionda deyil, ümumiyyətlə respublikada çox az sayda olan səhiyyə ocağıdır ki, insanlar son ümid yeri kimi məhz oraya müraciət edirlər.
Diaspor.info
Zaqatala