• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Cəhbə Xəbərləri
    • Yazarlar

Dövlət qulluğuna qəbul üçün test imtahanları başa çatıb

21-02-2021, 23:08 | Baxılıb: 15
“Dövlət qulluğuna qəbul üçün test imtahanları başa çatıb

Dövlət qulluğuna qəbul üçün test imtahanları başa çatıb



Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2021-ci il fevralın 19-da dövlət qulluğunda inzibati rəhbər (A növü) və inzibati icraçı (B növü) vəzifələrə aid olan vəzifə qrupları üzrə test imtahanları keçirilib.

Mərkəzdən DİASPOR.İNFO-ya verilən məlumata görə, COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına yalnız tibbi maska daxil olmağa icazə verilib və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan zalında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

İnzibati rəhbər (A növü) vəzifələr üzrə olan imtahan elektron qaydada kompüter vasitəsilə keçirilib. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 93 nəfərdən 86 nəfəri imtahana gəlib. 1 nəfər tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub. İmtahan nəticələrinə əsasən, AC1 altqrupu üzrə 1 nəfər, AC2 altqrupu üzrə 2 nəfər, AC3 altqrupu üzrə 2 nəfər, AC4 altqrupu üzrə 3 nəfər olmaqla, ümumilikdə 8 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

İnzibati icraçı (B növü) vəzifələr üzrə keçirilən test imtahanının nəticələri axşam saatlarında elan olunacaq.

Test imtahanlarından müvəffəqiyyətlə keçən namizədlər sertifikatı əldə etmək üçün fevralın 22-dən martın 5-dək DİM-in portalında müraciət formasını doldurmalıdırlar.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

İmtahan nəticələri ilə bağlı Apelyasiya Komissiyası 22-24 fevral tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcəkdir.скачать dle 10.6фильмы бесплатно


15

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Lahor şəhərindəki festival çərçivəsində Xocalı soyqırımından bəhs edilib
Soydaşlarımız Niderlanddakı erməni təşkilatının növbəti saxtakarlığını ifşa edib
Yeni Zelandiyada Xocalı soyqırımı ilə bağlı məlumatlandırma  aksiyası keçirilib
Nyu-Yorkdakı Sultan Eyyub məscidində Xocalı soyqırımı qurbanları yad edilib
Berlindəki Azərbaycan Evində Xocalı soyqırımı qurbanlarının anım  guşəsi təşkil edilib
ABŞ-ın Boston şəhərində Xocalı soyqırımı ilə bağlı "səssiz" aksiya keçirilib

Lahor şəhərindəki festival çərçivəsində Xocalı soyqırımından bəhs edilib

Soydaşlarımız Niderlanddakı erməni təşkilatının növbəti saxtakarlığını ifşa edib

Yeni Zelandiyada Xocalı soyqırımı ilə bağlı məlumatlandırma  aksiyası keçirilib

Nyu-Yorkdakı Sultan Eyyub məscidində Xocalı soyqırımı qurbanları yad edilib

Berlindəki Azərbaycan Evində Xocalı soyqırımı qurbanlarının anım  guşəsi təşkil edilib

ABŞ-ın Boston şəhərində Xocalı soyqırımı ilə bağlı "səssiz" aksiya keçirilib

Nant şəhərindəki "Qarabağ" məktəbində Xocalı soyqırımına  aid dərs təşkil edilib

Amerikada Xocalı soyqırımına həsr olunmuş videokonfrans  təşkil edilib

İsraildə Xocalı soyqırımına həsr olunmuş videokonfrans təşkil edilib

Alman alim Dr. Mixael Raynhard Hess Xocalı qətliamından yazıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.