Aprel ayında Trans-Adriatik qaz kəməri (TAP) ilə mart ayı ilə müqayisədə 42 faiz daha çox qaz nəql edilib. Diaspor info bu barədə TAP AG konsorsiumuna istinadən məlumat verir.
Aprel ayı üzrə ümumi müraciət 6 477 giqavatt/saat təşkil edib. Mart ayında bu göstərici 4 565 giqavatt/saata bərabər olmuşdu.
Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən etibarən TAP vasitəsilə Avropaya qaz nəqli başlayıb.
220