• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Cəhbə Xəbərləri
    • Yazarlar

İki dövlətin nazirlikləri arasında memorandum Azərbaycanda ilk dəfə elektron imza ilə imzalandı - VİDEO

4-12-2019, 21:44 | Baxılıb: 15
“İki dövlətin nazirlikləri arasında memorandum Azərbaycanda ilk dəfə elektron imza ilə imzalandı - VİDEO

“Bakutel-2019” sərgisi çərçivəsində bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Belarus Respublikasının Rabitə və İnformatizasiya Nazirliyi arasında dövlətlərarası memorandum elektron imza ilə imzalandı.

Memorandumda biznes subyektləri arasında elektron imzaların qarşılıqlı tanınması əks olunub. Memorandumu Azərbaycan tərəfdən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və Belarus Respublikası tərəfindən isə Rabitə və İnformatizasiya naziri Konstantin Şulqan imzalayıb.

Konstantin Şulqan TED.az-a eksklüziv müsahibəsində bildirib ki, layihənin reallaşması qarşılıqlı müzakirələrin məntiqi nəticəsidir: “Sənədlərin elektron imzalanması layihəsi Azərbaycanlı həmkarım, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirilə apardığımız danışıqların praktik nəticəsidir. Ötən il bu haqda prezidentlərə də bildirmişdik ki, biznes sferasına elə bir alət verəcəyik ki, zaman itirmədən mobil, sürətli və effektli şəkildə hüquqi mahiyyət daşıyan sənəd əldə edilə bilinsin. Sizə də məlumdur ki, zaman itkisi biznesi zəiflədir. Bizim iş dünyasına təqdim etdiyimiz alət zaman itkisinin qarşısını alır. Hesab edirəm ki, biznes sferası sözügedən layihəni layiqincə qiymətləndirəcək.

Qeyd edək ki, elektron imza ilə imzalanan bu e-memorandum, nəinki Azərbaycan və Belarus, eləcə də MDB ölkələri arasında ilkdir.

Sənədlərin elektron imzalanması Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyində çalışan yerli mütəxəssislər tərəfindən hazırlanan AzDoc sənəd dövriyyəsi sistemi üzərindən həyata keçirilib.

Ölkələrarası elektron imzaların qarşılıqlı tanınması vətəndaş, biznes subyektləri, dövlət qurumları arasında münasibətlərin yeni müstəvidə inkişafına şərait yaradacaq. Həmçinin ölkəmizin beynəlxalq hesabatlarda daha da yüksəlməsinə gətirib çıxaracaq.

скачать dle 10.6фильмы бесплатно


15

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Mömünə Xatun Səttarova: Naxçıvan Azərbaycanın Gözəl Bir İncisidir.
Bələdiyyə seçkilərində namizədlərin 30 faizdən çoxu qadınlardır - ÖZƏL TƏDBİR
Ombudsman Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb
Bakıda yeni kiçik su elektrik stansiyası istismara verilib
İNQİLAB VƏLİYEV VƏTƏNİNƏ TƏMƏNNASIZ XİDMƏT EDƏNLƏRDƏNDİR.
“ASAN Railway” layihəsinə dair Anlaşma Memorandumu imzalanıb TƏDBİR

Mömünə Xatun Səttarova: Naxçıvan Azərbaycanın Gözəl Bir İncisidir.

Bələdiyyə seçkilərində namizədlərin 30 faizdən çoxu qadınlardır - ÖZƏL TƏDBİR

Ombudsman Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Bakıda yeni kiçik su elektrik stansiyası istismara verilib

İNQİLAB VƏLİYEV VƏTƏNİNƏ TƏMƏNNASIZ XİDMƏT EDƏNLƏRDƏNDİR.

“ASAN Railway” layihəsinə dair Anlaşma Memorandumu imzalanıb TƏDBİR

“Forbes” 2019-cu ilin ən nüfuzlu qadınlarının adlarını açıqlayıb

Bələdiyyə seçkilərində müşahidə aparmaq üçün müraciət müddəti başa çatır

Pley-off mərhələsinə yüksələn klublar bəlli olub UEFA Avropa Liqası

Bu yollarda məhdudiyyət olacaq

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.