Azərbaycanın ticarət dövriyyəsinin 8 milyard dolları “Yaşıl dəhliz” buraxılış sisteminin istifadəçilərinin payına düşür. SİA xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev dekabrın 20-də keçirilən Xarici Ticarət İştirakçılarının II Respublika Forumunda deyib.
O bildirib ki, hazırda 505 hüquqi şəxs “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququ əldə edib. Ümumilikdə idxal əməliyyatlarının 25 faiz, ixrac əməliyyatlarının 27 faizi “Yaşıl dəhliz” istifadəçilərinin payına düşür.
299