Koronavirus pandemiyası enerji sənayesinə də böyük təsir göstərib və hətta aparıcı biznes iştirakçıları bizneslərini dəyişdirmək niyyətindədir. Diaspor infoxəbər verir ki, CNN-in məlumatına görə, bu siyahıya dünyanın ən böyük və zəngin neft istehsalçısı olan “Saudi Aramco” da daxildir.
Məlumatda qeyd olunur ki, xammal qiymətlərinin çökməsi və tələbin azalması səbəbindən sözügedən şirkət, bir çox layihədən imtina edib səhmlərinin bir hissəsini satmaq kimi görünməmiş bir addım ata bilər.
Qeyd olunur ki, neftin qiyməti barədə proqnoz istehsalçı üçün böyük problem kimi hələ də qalır. Həmçinin bildirilir ki, “Brent” fyuçersləri hələ ilin əvvəlinə nisbətən 33 faiz aşağıdır və əsas səbəb hesab olunur.
Xatırladılıq ki, aprel-iyun aylarında neft nəhənginin xalis mənfəəti, 6,6 milyard dollara qədər, yəni 73 faiz azalıb və bu baxımdan xaricdə pandemiyadan əvvəl bağlanan və böyük geosiyasi əhəmiyyətə malik bəzi razılaşmalar da dayandırıla bilər.