Paşinyan iqamətgahına silahlı dəstələr yığır. Diaspor info Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Mediaport” Teleqram kanalı informasiya yayıb.
İnformasiyaya görə, Nikol Paşinyan silahlı dəstələri hökumətin bağ iqamətgahında işə götürür. Xəbərdə deyilir ki, bu gecə çəkilən fotoşəkildə hökumət tərəfdarı olan “İnqilab Keşikçiləri” qrupunun üzvləri özünü könüllü kimi təqdim edərək Paşinyana müxalif olanlara qarşı təhdidlər yağdırıb. Bu videolardan biri dünən Respublika Meydanındakı böyük bir ekranda da göstərilib.
169