"Paşinyana odekolonu və konyakı istefası qarşılığında qaytarılacaq" Naira Zohrabyan
Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağla bağlı “ağrıları”, otağından konyakının və odekalonunun oğurlanmasına görə heyfsləndiyini, yalnız buna görə təəsüfləndiyini ifadə edən açıqlamasından bəlli oldu. DİASPOR.İNFO Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri “Çiçəklənən Ermənistan” partiyasından olan millət vəkili Naira Zohrabyan 17 noyabrda Milli Məclisin iclasında söyləyib.
Millət vəkilinin sözlərinə görə, indi parlamentdə Qarabağla bağlı Ermənistan üçün fəlakətli bir bəyanat imzalayan Nikol Paşinyanın istefası xaricində başqa bir məsələni müzakirə etmək mümkün deyil.
"Nikol Paşinyan, odekolonunuzu, konyağınızı sizin öz vəzifənizdən istefa verməniz müqabilində qaytaracağam", deyə Naira Zohrabyan Nikol Paşinyana səslənib.
Qeyd edək ki, “Çiçəklənən Ermənistan” və “Maariflənmiş Ermənistan” partiyalarından olan millət vəkilləri Ermənistanın Milli Məclisinin gündəmini boykot ediblər və nümayişkəranə şəkildə parlamentin iclas salonunu tərk ediblər. Onlar xüsusilə, Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edərək, növbədənkənar iclas keçirilməsində israrlı olduqlarını bəyan ediblər.
Müəllif: İnam Hacıyev