İşğaldan azad olunan torpaqlarımızda Azərbaycan bayrağı dalğalanır
Bu gün ermənilərin törətdiklər terrorçuluq, işğalçılıq dünyaya bir mesaj oldu. Bütün dünya ermənilərin kim olduqların, xislətində nə yatdığını aydın gördü. Vətən müharibəsi dövründə dinc insanlara, mülki əhaliyə qarşı etdikləri əməllər dünyanın gözü qarşısında baş verdi. Uşaqlar, qadınlar erməni terroru ilə üz-üzə qaldılar. İşğaldan azad olan torpaqlarımızı tərk edərkən yanğınlar törətmələri erməninin faşist ideologiyasının göstəricisi deyilmi?! İki yüz ilə yaxın bir dövrdə təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı yeridilən soyqırımı siyasətinin acı nəticələrini yaşamışıq.
Azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xarici havadarlarının köməyi ilə həmin yerlərdə Ermənistan dövləti yaratmaq məqsədi ilə ideyalarının reallaşdırmağa can atıblar. Ardıcıl olaraq hərbi, ideoloji və təşkilati xarakterli tədbirlər həyata keçirilər. Azərbaycanlılar tədricən doğma torpaqlarından qovulub, onların ərazilərində başqa ölkələrdən köçürülmüş ermənilər məskunlaşdırılıb. Hadisələri ardıcılıqla izləsək, tarixi reallıqlar bizə deməyə əsas verir ki, 1917-ci ildə Rusiyada çar hökuməti devrildikdən sonra, Almaniya və Avstriya cəbhələrində xidmət edən minlərlə erməni əsgəri öz silahları ilə daşnaqların niyyətlərini həyata keçirmək üçün Bakıda cəmləşiblər. Bəzən böyük dövlətlər müharibə ocaqlarının yaranmasında ermənilərdən istifadə ediblər. 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə Cənubi Qafqazdakı tarixi ərazilərində etnik təmizlənmə və soyqırımı siyasətinə məruz qalan yüz minlərlə Azərbaycan türkləri, erməni daşnakları tərəfindən kütləvi surətdə qətllərə yetirilmiş, ata-baba yurdlarından deportasiyalara məruz qalmışlar. Azərbaycanın taleyi ilə bağlı olan bu tarixi məsələlərin öyrənilməsi 70 ildən çox müddətdə qadağan edilmiş, tədqiqatçılar məxfi arxivlərə yaxın buraxılmamışdır. Ötən əsrin son illərində isə başlanan hadisələr zamanı ermənilər Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edərək torpaqlarımızın 20 faizini işğal ediblər. Belə ki, 1988-ci ildən başlayaraq, ermənilər tərəfindən dünya ictimaiyyətinin gözü qarşısında Azərbaycanın tarixi torpaqları olan Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı kimi məkanlarımız işğal olundu.
Ermənistanın Azərbaycana açıq-aşkar təcavüzü nəticəsində 1 milyona yaxın soydaşlarımız məcburi köçkünə çevrildi. Bir faktdır ki, 1989-cu ilin dekabrında Ermənistanda baş verən zəlzələ nəticəsində, ora xarici ölkələrdən əsasən də, qərbdən, Suriyadan, Livandan, Beyrutdan və başqa yerlərdən, ərzaq əvəzinə, təyyarələrlə silahlar daşınmışdır. Sonralar bu bizlərə bəlli oldu. Yeri gəlmişkən qeyd edək ki, Ermənistanda zəlzələ zamanı, ata-analarını itirmiş 5 yaşından 12, 13 yaşlarına kimi, uşaqların dünya erməniləri tərəfindən qəyyumluğa götürüldüyünün teleefir və mətbuat vasitəsi ilə, şahidi olduq, o cümlədən bu uşaqların bir qismini isə, Macarıstan erməniləri də, qəyyumluğa götürdülər. Bəlkə də, həmin bu, erməni uşaqları indi Macarıstanda lazımi yerlərdə indi də, erməni xislətinə xidmət edirlər.
Ermənistan ötən əsrin 90-cı illərində olduğu kimi, Vətən müharibəsində də muzdlu döyüşçülərdən istifadə etdi. Dünyanın nüfuzlu əşrlərində və sosial şəbəkələrdə bu barədə müxtəlif ölkələrdən müharibədə iştirak üçün Qarabağa gəlmiş döyüşçülərin öz dilindən xeyli informasiyalar yer almışdı. "France 24"də dərc olunmuş materialda 28 yaşlı Fransa vətəndaşı Sipan Muradyanın muzdla Xocavənd istiqamətində döyüşdüyü öz əksini tapmış oldu. Suriya vətəndaşlarına aid pasportların surətlərinin olması da fikrimizi əsaslandırır. Suriya vətəndaşı Baazo Hraj Sepob, Suriya vətəndaşı, Suriyanın Hələb şəhərinin sakini İskandarian Hartion Avadis və başqalalarının adını göstərməklə bu siyahını artırmaq olar. Ermənistan ordusunda muzdlu döyüşçülər, əsasən də terrorçular kifayət qədər yer almışdı. Soyqırım, genosid bütün əhali qruplarının, etnosların, irqi, milli, etnik, yaxud dini əlamətlərinə görə tamamilə və qismən məhv edilməsi deməkdir. Azərbaycan xalqı ermənilər tərəfindən bütöv bir əsr boyu bu cür soyqırıma məruz qalmış bir xalq olmuşdur.
Ötən əsrin ən böyük faciələrindən biri kimi tariximizdə iz salan Xocalı soyqırımı XX yüzillikdə insanlığa qarşı törədilən ən amansız faciələrdən sayılır. 1992-ci il fevralın 25-dən 26 - na keçən gecə - Xocalı soyqırımı xalqımızın növbəti faciəsini yaşadığı bir tarixdir. Yeddi min əhalisi olan Xocalı erməni terrorçu qrupları keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasının tərkibində olan 366-cı alıyının köməyi ilə müxtəlif növ silahlardan atəşə tutularaq yerlə-yeksan edilmişdir. Qəddarcasına həyata keçirilmiş terror əməliyyatı nəticəsində 613 nəfər şəhid olmuş, onlardan 56-cı xüsusi qəddarlıqla qətlə yetirilmiş, 487 nəfər ağır yaralanmış 1430 nəfər əsir götürülərək amansız işgəncələrə məruz qalmış, onların 135 nəfərinin taleyi hələ də məlum deyildir. Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri isə qocalar olmuşdur. 8 ailə tamamilə məhv edilmiş, 27 ailənin hərəsindən yalnız bir nəfər sağ qalmışdır.
Bu gün də Vətən müharibəsində ermənilərin cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması onların çirkin niyyətlərini göz önündə canlandırdı. Uşaq, qoca terrora məruz qaldı. Gecə saat 2 radələrində raket atəşinə tutulan Gəncə də nəticələr ağır oldu. Ətrafdakı çox sayda bina, mülki infrastruktur obyekti, nəqliyyat vasitəsi zərər görüb. Elə Bərdə də yaşanılan hadisələr də ermənilərin faşist əmməllrini təsdiqlədi.Beləliklə, dünyanın gözü qarşısında ermənilər bəşəriyyət tarixində ən ağır cinayətlər törədirlər. Bütün bunların planı əvvəldən hazırlanmışdır.Bu gün dünya ictimaiyyətinə Azərbaycan həqiqətlər geniş şəkildə çatdırılır. Dünya insanı bunu görür. Dünyanın istənilən bir ölkəsinin qələm əhlindən, siyasətçisindən ermənilərlə bağlı sərt mesajlara təsadüf olunur. O qədər iyrənc və qorxuncdurlar ki, onların milli xüsusiyyətini qısa bir zamanda sezmək olur.Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməsinə baxmayaraq, Ali Baş komandanın siyasi iradəsi, dövlətimizin gücü. rəşadətli ordumuzun dönməzdiyi bizə qələbə sevincini yaşatdı. Bu Azərbaycan xalqı öz əzəli torpaqlarına dönür. Bu torpaqlarda Azərbaycan bayrağı dalğalanır.
İşğaldan azad olan torpayqlarımızda yeni bir həyat başlayır. Bu xalq-iqtidar birliyi nətcəsində reallığa çerildi. Zəfər Azərbaycanındır!
Nəzakət ƏLƏDDİNQIZI