"Paşinyanın vəzifədən getməsi lazımdır" - Ermənistan prezidenti
Ermənistan prezidenti Armen Sarqsyan, erməni xalqına mesajında Baş nazir Nikol Paşinyanın getməsinin lazım olduğunu bildirib. DİASPOR.İNFO xəbər verir ki, Sarqsyan parlament və parlamentdən kənar qüvvələrlə, ictimai qruplarla və ayrı-ayrı şəxslərlə bir neçə dəfə görüşdüyünü və diaspora nümayəndələri ilə telefon danışıqları apardığını söyləyib.
Nəticədə məlum olub ki, mütləq əksəriyyət bir məsələdə razılaşır - hökumətin istefası və növbədənkənar parlament seçkiləri lazımdır.
Müəllif: Aysel Məmmədova
194