Tarixin Zibilliyinin Sakinləri TƏHLİL
Ermənistanda baş verən hadisələr xüsusi diqqət mərkəzindədir və etiraf edək ki, hər kəsdə bir təəccüb doğurur. Çünki, əvvəla, uğursuzluqlarını, məğlubiyyətlərini, ümumiyyətlə, düşdükləri vəziyyəti təhlil edərkən bu işğalçı ölkənin ictimaiyyətindən tutmuş səlahiyyətlilərinə qədər hər bir kəs yanlış yolda olduqlarının fərqində deyillər. Digər tərəfdən də acınacaqlı vəziyyəti hər bir kəs digərinin üstünə atmaqla, bir növ günah keçisi axtarır və kimi isə cəzalandırmaqla vəziyyəti birmiş hesab edir. Halbuki, erməni cəmiyyətinin xəstə, anormal təfəkkürə malik olduğunu bircə nəfər durub deyə bilər və bu cəmiyyəti doğru yola dəvət edə bilər ki, bundan sonra insan cəmiyyəti kimi yaşasınlar, erməni cəmiyyəti kimi deyil.
Dünən Ermənistan prezidenti Armen Sarkisyan Nikol Paşinyanın istefası və erkən seçkilərə ehtiyac olduğunu açıqlayıb. Bəzi siyasi və ictimai dairələr Armen Sarkisyanın video mesajına xüsusi həvəs göstərir, bəziləri onu baş nazir vəzifəsini icra edən kimi görürlər. Hətta bir çoxları prezidentin cəsarətinə heyranlığını da ifadə edirlər. Maraqlıdır, tutaq ki, Sarkisyan, yaxud kimsə bir başqası Nikol Paşinyanı ittiham etməklə erməni cəmiyyətinə nə kimi xidmət edir və ermənilər nəyin axtarışındadırlar? Bu toplum səhvin harda olduğunu axtarır, yoxsa səhv olan adamı? Yaxud bu hay tayfası xoş gün-güzəran, xoşbəxt gələcək axtarışındadır, yoxsa, düşdükləri vəziyyətə görə günahkar?
Bir zamanlar Ermənistan hökuməti, özü də kütlənin hay-küyündən istifadə edib hakimiyyəti qamarlayan bir hökumət, konstitusiya quruluşunu devirəndə, bütün qurulmuş sistemləri və xüsusən də Konstitusiya Məhkəməsi şəxsində məhkəmə sistemini dağıdanda niyə bu erməni cəmiyyəti həyəcan təbili çalmırdı? O zaman günahkar axtaran niyə yox idi? Bəlkə repressiyalar zamanı günahkarın kimliyi bilinmirdi? Nikol adında bir küçə nümayişçisi ağzına gələni danışanda, ağlına gələni edəndə bu erməni cəmiyyəti harada idi? Baş naziri sərxoş vəziyyətdə özgə torpaqlarında çəpık çalıb oynayanda, əvəzində isə, beynəlxalq tribunalarda dili topuq vuranda, gülünc duruma düşəndə, diplomatik məğlubiyyətlərlə ölkəsinə qayıdanda necə, yatmışdı bu ermənilər? Görmürdülərmi ki, beynəlxalq platformalarda həqiqət, haqq qarşısında bir-birinin ardınca məğlubiyyətlərlə qarşılaşırlar? Ümumiyyətlə, haqsız olduqlarına, xəstə, çürük əqidəyə qulluq etdiklərinə görə, əsassız iddialarına, ədalətsiz mövqeləri səbəbindən düçar olduqları məhrumiyyətlər, düşdükləri durum onları ayıltmadımı?
Son hadisələr, Ermənistanda baş verənlər, erməni cəmiyyətinin günahı deyil, günahkarı axtarması təsdiq edir ki, onlar hələ də ayılmayıblar. Tarixə ekskursiya etsək görərik ki, öz xəstə ideyaları, başlarından böyük iddiaları səbəbindən dəfələrlə faciələrlə üzləşən, məhrumiyyətlər görən, acınacaqlı, rüsvayçı məğlubiyyətlər yaşayan bir toplum görünür, yenə də lazımi dərs ala bilməyib. Böyük Ermənistan dedikdə hər dəfə burnu ovulan ermənilər ya burunlarının ovulmağına öyrəncəli olublar, ya da hər tərəfə soxulan bu burunlar ovulmaq üçün yaranıb.
İndi Azərbaycana, Türkiyəyə, hətta onların haqsız, ədalətsiz olan mövqelərini nə əcəbsə dəstəkləməyən Rusiyaya antipatiya sərgiləyənlər öz hökumətlərinə və tərəfdarlarına, onlar milli dəyərlərini murdarladıqda, erməni kilsəsinə hücum etdiklərində, Ermənistan tarixini dərsliklərə məcburi mövzu kimi daxil etmədikdə niyə nifrət bəsləmədilər? Bu işğalçı dövlətin başçısı transgender Mel-i şəxsi müdafiəsinə götürdükdə erməni cəmiyyəti susdu, səssiz qaldı. Bütün dəyərləri tapdalandıqda buna müşahidəçi mövqe sərgiləyənlər, indi onlara məxsus olmayanın əllərindən getməsinə görə şüvənlik edirlər.
Oxşar məntiq və mənzərə Dağlıq Qarabağ ərazilərindən köçərkən ermənilərin özləri ilə tanklarını deyil, unitazlarını aparması faktında da təzahür etdi. İşğal etdikləri torpaqları tərk edənlərlə bağlı daha bir dəhşətli fakt isə odur ki, unitazı ilə bərabər qapı-pəncərəsini, həyətlərdəki kötükləri, bütün zir-zibillərini belə götürüb aparanlar gedərkən azyaşlı uşaqlarını qoyub gediblər. Nəinki insan cəmiyyətində, canlı təbiətdə, heyvanat, yaxud bitgi aləmində belə bu məxluqların oxşarlarına kiminsə rast gələcəyinə zərrə qədər ümidi olmasın. Unitazını aparıb balasını yaddan çıxarana nə ad vermək olar? Mən belə bir ad tanımıram və kimsə belə bir yaradılışla rastlaşıbsa, adını deməsini xahiş edirəm ki, onu da tanıyaq.
Sadalanan bu dırnaqarası “keyfiyyətlərə” sahib insanlar kimi müzakirə edirlər, özlərindən olan birinimi? Balasını atıb unitazını iki əllə tutan və sonra da özünə xalq deyən toplum öz içindən çıxandan nə gözləyir? Bu arada qeyd edək ki, bir çoxları Nikol Paşinyanı yeddi ölkənin təyin etdiyi casus hesab edir və onun Ermənistana xüsusi tapşırıqla göndərildiyinə də əminliyini ifadə edir. Nikolu qətiyyən müdafiə etmək fikrində deyilik və bircə onu xatırlatmaq istərdik ki, bütün mövcudluğu dövründə xəyanət, cəsusluq edən, satılan bir tayfanın içindən çıxan nə şəkildə olmalıdır?
İndi ermənilər müharibədə məğlubiyyətə görə Nikol Paşinyan və onun komandasını tarixin zibilliyinə göndərmək şüarı ilə çıxış edirlər. Maraqlıdır, məğlub olan təkcə Nikol hesab olunurmu? Məgər ermənilər öz çürük əqidələri, əsassız və başlarından böyük iddiaları ilə birlikdə məğlub deyillərmi? “Böyük Ermənistan” xülyasında olanlar döyüş zamanı kiçik Ermənistanı da itirmək qorxusu keçirmirdilərmi? Sonda ölkəsinin məğlubiyyətlərini təsdiq edən sənədə təkcə Nikol Paşinyan imza atsa da, bu məğlubiyyət ümumilikdə Ermənistanın məğlubiyyəti deyildimi və itirmək qorxusu yaşayanlar üçün bu vəziyyətdən çıxmaq göydəndüşmə olmadımı? Qorxusundan siçan deşiyi axtaran erməni əsgərlərinin işğal etdikləri torpaqlarda əvvəlcədən acdıqları deşikləri də Nikol Paşinyan qazıb hazırlamışdımı? Xeyr, Azərbaycan Ordusunun xofu, məğlubiyyət qorxusu bunların yuxularını düz 30 il ərşə çəkib və bu günlər onların yuxularının çin olan günüdür. Nəzərə alsaq ki, ikicə gün müharibənin davam edəcəyi təqdirdə erməni əsgəri tamamilə qırılıb qurtaracaqdı, təkcə Paşinyan yox, bütün ermənilər tarixin zibilliyinə atılacaqdı, tam əminliklə deyə bilərik ki, bunlar şadlıqlarından şitlik edirlər. İndi Paşinyanı, Sarkisyanı, Arutyunyanı, Ovannisyanı və digər səlahiyyətliləri tarixin zibilliyinə göndərmək istəyən ermənilər bilməlidirlər ki, bu axmaq, çürük əqidə ilə, başlarından böyük olan əsassız iddialarla, işğalçılıq siyasəti ilə özləri hamılıqla tarixin zibilliyinə üz tutublar. Bir zaman Əmir Teymur tərəfindən tarixin zibilliyinə göndərilməsi planlaşdırılan bu qaraçı tayfası bu aqibətdən o zaman və onun ardınca bir neçə dəfə yaxa qurtarsa da, məlum olur ki, onlar bu düşüncə, bu əqidə, bu xəstə təxəyyüllə özləri özlərini elə həmin o zibilliyə, tarixin zibilliyinə göndərəcəklər. Görünür, niyyəti hara mənzili də ora olanlar kimi, başda elə baş nazirləri olmaqla bu tayfa tarixin zibilliyinin sakinləridir.
Müəllif: İnam Hacıyev