Hücumçu Premyer Liqa klubuna geri qaytarıldı
İngiltərənin “Vulverhempton” klubu futbolçusu Patrik Kutroneni geri qaytarıb. DİASPOR.İNFO-nun məlumatına görə, bunu klubun mətbuat xidməti açıqlayıb.
İcarə əsasında İtaliya “Fiorentina”sında çıxış edən hücumçu vaxtından əvvəl geri dönüb. Belə ki, Kutrone cari mövsümü Florensiya təmsilçisində keçirməli olan forvard “canavarlar”ın sırasına qayıdıb. Buna komandanın əsas hücumçusu Raul Ximenesin ciddi zədələnməsi səbəb olub.
Qeyd edək ki, Kutrone cari mövsüm A seriyasında 11 oyun keçirib.
232