Şuşa şəhəri həsrətlə yaşadığı dünyasına qovuşub
Prezident İlham Əliyev: "Şuşa ayaqdadır, Şuşa sınmayıb, Şuşa əyilməyib!"
"Noyabrın 8-i xalqımızın tarixində əbədi qalacaq. Noyabrın 8-də qədim Şuşa şəhərimizi düşməndən azad edərək Azərbaycan parlaq qələbə qazandı. Şuşanın işğaldan azad edilməsi böyük qəhrəmanlıq, peşəkarlıq, milli ruh tələb edirdi. Azərbaycan hərbçiləri bütün bu ülvi xüsusiyyətləri nümayiş etdirmişdir». Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərində cıxışı zamai bildirib. Artıq Şuşa azaddir. Bu şəhər sakilərinə qucaq acib. Artıq bu gün Şuşada yeni bir həyat başıayıb. Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına Şuşanın azad edilməsi müjdəsini verərkən çıxışının sonunda dediyi sözləri xatırladıb: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Bu gün eyni sözləri təkrarlayıram. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!".
"Şuşanın əsl sahibləri qayıdıb, biz qayıtmışıq"
Susada yeni həyat canlanir. Azərbaycan Prezidenti İllham Əliyev Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edib. "Şuşa işğaldan azad olunandan sonra şəhərin, bütün tarixi binaların bərpa edilməsi prosesinə start verilib. Şuşanı erməniləşdirmə cəhdlərinə son qoyulub. Otuz il onlar çalışırdılar ki, Şuşanı erməniləşdirsinlər, nail ola bilmədilər. Bu, onlar üçün yad şəhərdir, öz şəhəri saysaydılar, bu günə qoymazdılar. Şuşanın əsl sahibləri qayıdıb, biz qayıtmışıq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!", deyə Cənab Prezident cixişinda bildirib.
"Düşmən bizim azad edilmiş torpaqlardakı dini abidələrimizi işğal dövründə məhv edib, 67 məscidi dağıdıb"
Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600 yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşa şəhərindəki Saatlı, Aşağı Gövhərağa, Yuxarı Gövhərağa məscidlərin ziyarət ediblər və dövlətimizin başçısı məscidlərə Məkkədən gətirilmiş “Qurani-Şərif”i hədiyyə edib. Şuşa şəhərindəki Saatlı məscidini ziyarət edərkən bildirib ki, düşmən bizim azad edilmiş torpaqlardakı dini abidələrimizi işğal dövründə məhv edib, 67 məscidi dağıdıb, yaxud da ki, belə yararsız vəziyyətə salıb: "Şuşa işğaldan azad olunandan sonra bizim vətəndaşlar əl gəzdirib, məscidi təmizləyib və müəyyən təmir işlərini görüblər. Ancaq, əlbəttə ki, məscidin əsaslı təmiri bundan sonra aparılacaq, bütün müvafiq göstərişlər verilib, Heydər Əliyev Fondu bu missiyanı öz üzərinə götürüb. Mehriban xanım bu barədə açıqlama verib və biz bütün tarixi-dini abidələrimizi bərpa edəcəyik".
"Bu gün Şuşaya gələrkən 30 ilə yaxın Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan dahi şəxsiyyətlərimizin – Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini gətirmişəm"
Bu gün Şuşa dağları həsrətlə yaşadığı, acıdığı musiqimizə, sənət dünyamıza qovuşub. Toy-büsatlı Şuşamızda yeni dünya başlanır. Artıq hər kəs rahatlığa qovuşub. Ruhu göylərdə dolaşan şəhidlərimiz də, sənət xadimlərimiz də. Şuşadan gətirilmiş Üzeyirin, Nətəvanın, Bülbülün R.Mustafayev adına Azərbaycan Dövlət Muzeyində illərlə saxlanılan heykəlləri də rahatlıq tapdı. Bəli, erməni vandalizminin şahidləri olan Güllələnmiş büstlər. «Bu gün Şuşaya gələrkən 30 ilə yaxın Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan dahi şəxsiyyətlərimizin – Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini gətirmişəm. Bu yerdə Mədəniyyət Evi yerləşirdi və Üzeyir bəyin, Bülbülün büstləri məhz bu yerdə qoyulmuşdu. Mənfur düşmən Şuşa Mədəniyyət Evini dağıdıb və dahi şəxsiyyətlərimizin büstlərini gülləbaran edib", deyə dövlət başcisı bildirib.
Sovet dövründə Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi zamanda Qarabağa çox böyük diqqət və qayğı göstərmiş, eləcə də erməni iddiaları hər zaman iflasa uğramışdı. Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə 1970-ci illərin ikinci yarısında bir neçə xüsusi qərar qəbul edildi. Həmin il qərarlara uyğun olaraq şəhərin keçmişdə tikilmiş binaları, tarixi abidələri bərpa edildi, yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana kompleksləri, ayrı-ayrı inzibati binalar tikildi. Ulu Öndər, eyni zamanda, Şuşada aparılan tikinti-quruculuq işləri ilə də yaxından maraqlanmış, Azərbaycan poeziyasının klassikləri M.P.Vaqifin və Xurşidbanu Natəvanın yaşayıb yaratdığı yerlərlə tanış olmuşdu. Görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin məzarı üstündə 1980-1981-ci illərdə abidə, məqbərə tikilmiş və 1982-ci ildə acılışı olmuşdur.
Ulu Öndər Heydər Əliyevin bilavasitə iştirakı ilə Şuşada şairə Xurşidbanu Natəvanın abidəsinin açılışı oldu. "Xurşidbanu Natəvanın büstünü Heydər Əliyev özü şəxsən açmışdır, 1982-ci ilin yay aylarında. Mən də o vaxt atamla birlikdə burada idim" deyən Prezident bildirib ki, ermənilər dahi şəxsiyyətlərimizin büstlərini təhqir edəndən sonra onları əridib satmaq, pul əldə etmək üçün Ermənistana aparmışdılar. Görün nə qədər alçaq keyfiyyətli insan olmalısan ki, tarixi şəxsiyyətlərin xatirə büstlərini güllə ilə vurasan, təhqir edəsən, sonra aparıb bunu əritmək istəyəsən".
"Cıdır düzünə qayıtmışıq və tarixi yerdə bundan sonra muğam səsi eşidiləcək..."
"Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırılan Şuşaya qayıtmışıq. Musiqi, mədəniyyət beşiyi olan Şuşada ənənə şəklini almış "Mahnı bayramları" yayın gəlişi ilə Şuşaya təşrif gətirən respublika əhalisinin gur vaxtına təsadüf edərmiş. "Mahnı bayramı" Mədəniyət evlərindən, klublardan, teatr səhnələrindən başlayaraq Cıdır düzündə yekunlaşardı. Bildiyimiz kimi, 1989-cü ildə Cıdır düzündə bitən Xarı Bülbül çiçəyinin rəmzi adı ilə bağlı I-ci "Xarı Bülbül" Beynəlxalq musiqi festivalı keçirilib. Bu festivala 15-dən çox xarici ölkə xalqlarının folklor musiqi kollektivləri dəvət olunub. 1990-cı ildə 2-ci "Xarı Bülbül" Beynəlxalq festivalı, ermənilərin Şuşa şəhərini daima atəşə tutması ilə əlaqədar olaraq Bərdə və Ağdaş şəhərlərində keçirilib. Təəssüflə də olsa bildirək ki, ənənə halını almış bu festival bədxah qonşuların Qarabağa edilən təcavüzü nəticəsində sonralar keçirilməyib.
Qarabağda, Şuşada, "Cıdır düzü"ndə, "Isa bulağı"nda yenə "Qarabağ şikəstəsi" səslənəcək, qalib xalqin səsi duyulacaq. Bütün insanlar bu səsi eşidəcək. Cənab Prezident bildirib ki, Şuşanı Cıdır düzüsüz təsəvvür etmək mümkün deyil, Azərbaycanı isə Şuşasız təsəvvür etmək mümkün deyil. Biz Şuşaya qayıtmışıq: "Cıdır düzünə qayıtmışıq və tarixi yerdə bundan sonra muğam səsi eşidiləcək, Azərbaycan mahnıları ifa olunacaq, böyük tədbirlər keçiriləcək, toy-bayram olacaq".
Bəli, artıq Şuşada Vaqif poeziya günləri, “Xarı bülbül” festivalları keciriləcək. Suşa öz tarixinə, ənənəsinə, miııi-mənvi dəyərlərinə qovuşacaq. "Şuşa ayaqdadır, Şuşa sınmayıb, Şuşa əyilməyib!" deyən Prezident qətiyyətlə vurgulayıb: "Mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə bilməyib. Biz Şuşanın bütün yaralarını sağaldacağıq. Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək".
Nəzakət ƏLƏDDİNQIZI