• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Cəhbə Xəbərləri
    • Yazarlar

"Ölkəmizdə sosial siyasətin əsas istiqamətlərindən biri..." Rauf Əliyev

21-02-2021, 11:00 | Baxılıb: 11
“

"Ölkəmizdə sosial siyasətin əsas istiqamətlərindən biri..." Rauf Əliyev



"Azərbaycan Respublikasında həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri əliliyin müəyyən edilməsi və əlillərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlıdır". DİASPOR.İNFO-nun verdiyi məlumata görə, bu fikri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

Rauf Əliyev bildirib ki, əliliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Xidmətinin tibbi-sosial ekpert komissiyaları (TSEK) tərəfindən həyata keçirilir. Xidmət elektron müraciət və nəticənin elektron təqdim edilməsi üsulu ilə göstərilir. Xidmətin elektronlaşdırılması bu sahədə bir sıra xoşagəlməz halların aradan qaldırılmasına, şəffaflığa nail olunmasına imkan yaradıb. Bu tədbirlərin nəticəsində son illərdə təyin olunan ilkin və təkrar əlillərin sayında azalma müşahidə olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi məlumatlara görə 2020-ci ildə cəmi 25383 nəfərə əlilik təyin edilib ki, bu da 2019-cu ilə nisbətən 43% az olub. Ümumi əlilik təyin olunanlardan 13204 nəfəri ilkin təyin olunanlardır. Bu rəqəm 2019-cu ilə nisbətən 53% az təşkil edib. Təkrar əlillik təyin olunanların sayı 12179 olmuşdur ki, bu da 2019-cu ilə nisbətən 27% az olub.

Millət vəkilinin sözlərinə görə, bütün bunlara baxmayaraq bu sahədə çatışmamazlıqlar hələ də qalmaqdadır: "Vətəndaşlar əllilyin təyin olunmasında bəzi hallarda düzgün qiymətləndirmə aparılmadığından şikayətlənirlər. Bu günlərdə isə bir sıra KİV-də Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin fəaliyyətində aşkar olunmuş cinayyət əməllər barədə məlumatlar yayılıb. Belə faktlar ancaq təəsüf hissləri doğurur. Baş verənlər onu deməyə əsas verir ki, əlilliyin təyin edilməsi sistemi elektronlaşsa da, təkmilləşdirilsə də insan amili yenə əsasdır. Ancaq işçilərin hər birinin öz işini sədaqətlə, vicdanla yüksək peşəkarlıqla yerinə yetirilməsi nəticəsində bu sahədə mövcud qanunvericiliyin tələblərinə tam şəkildə riayət olunmasına nail olmaq mümkündür. Görünən odur ki, hələ cəmiyyətimizdə saxta yolla əlillik almaq istəyənlər də, onlara bu məqsədlərinə çatmaq üçün köməklik gəstərənlər də var. Ona görə də bu istiqamətdə lazimi addımlar atılmalı, həm də maarifləndirmə tədbirləri genişləndirilməli və gücləndirilməlidir". yap.org.az

Müəllif: Ceyhun Rasimoğluскачать dle 10.6фильмы бесплатно


11

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Gürcü jurnalistlər erməni vəhşiliyini lentə alırlar FOTOLAR
Şəhid ailələrinə qayğı dövlətimizin sosial siyasətinin mühüm istiqamətlərindəndir
"Sumqayıtda törədilən qanlı hadisələr Azərbaycana qarşı planlaşdırılmış təxribat idi" XİN
Ukrayna mətbuatı İlham Əliyevin mətbuat konfransını geniş dərc edib FOTOLAR
Rumıniyanın qabaqcıl KİV-ləri Prezidentin mətbuat konfransı barədə məlumatlar yayıblar
"Ermənistanın pozucu yanaşması Yerevanın mənfur niyyətini nümayiş etdirir" Leyla Abdullayeva

Gürcü jurnalistlər erməni vəhşiliyini lentə alırlar FOTOLAR

Şəhid ailələrinə qayğı dövlətimizin sosial siyasətinin mühüm istiqamətlərindəndir

"Sumqayıtda törədilən qanlı hadisələr Azərbaycana qarşı planlaşdırılmış təxribat idi" XİN

Ukrayna mətbuatı İlham Əliyevin mətbuat konfransını geniş dərc edib FOTOLAR

Rumıniyanın qabaqcıl KİV-ləri Prezidentin mətbuat konfransı barədə məlumatlar yayıblar

"Ermənistanın pozucu yanaşması Yerevanın mənfur niyyətini nümayiş etdirir" Leyla Abdullayeva

"Prezident dörd saatdan artıq zamanda jurnalistlərin əllidən çox sualını cavablandırıb" Türkiyə mediası

Paşinyan yenə tərəfdarlarını mitinqə çağırdı

Niderlandda “Xocalıya ədalət!” tələbi ilə lövhə quraşdırılıb və aksiya keçirilib

İran səfiri Türkiyə XİN-ə çağırıldı

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.