“Çox təəssüf ki, yeni bir şey deyilmədi” Konstantin Kosaçev
Münhen konfransı ənənəvi olaraq transatlantik sıraları toplamaq məqsədi daşıyırdı və bunun üçün "Rusiya təhdidi" lazım olub. DİASPOR.İNFO xəbər verir ki, bu barədə Federasiya Şurasının beynəlxalq komitəsinin rəhbəri Konstantin Kosaçev şənbə günü RİA Novostiyə bildirib.
Xatırladaq ki, bir qədər əvvəl ABŞ Prezidenti Co Bayden, Rusiyanın ABŞ və Avropa ölkələri arasında transatlantik əməkdaşlığı pozmaq niyyətində olduğunu söyləyib. Münhen Təhlükəsizlik Konfransı zamanı o ABŞ-ın avropalı tərəfdaşlarını "Rusiya Federasiyası tərəfindən təhdid" olunmaqdan qorunmaq üçün Avropa Birliyində və NATO daxilində birliyə sadiq qalmağa çağırıb.
"Münih konfransı, amerikalıların NATO müttəfiqlərinə ittifaqa alternativ olmadığı hissi aşılamaları üçün əvvəldən yaradılan bir formatdır", deyib senator.
Onun sözlərinə görə, ənənəvi olaraq Münhendə xarici təhlükələr, real və mümkün təhlükələr müzakirə olunur.
"Bayden belə bir platformada Rusiya mövzusundan qaçsaydı qəribə olardı. O, bundan qaçmayıb. Fikrimcə, yeni bir şey deyilməyib, amma çox təəssüf", deyə Kosaçev bildirib.
Müəllif: İnam Hacıyev