• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Cəhbə Xəbərləri
    • Yazarlar

"Xocalı soyqırımına İordaniyadan baxış" mövzusunda videogörüş keçirilib.

23-02-2021, 10:00 | Baxılıb: 10
“

"Xocalı soyqırımına İordaniyadan baxış" mövzusunda videogörüş keçirilib.



İordaniyada fəaliyyət göstərən Azərbaycan diasporunun üzvü, Azərbaycan Diaspor Gəncləri şəbəkəsinin İordaniya üzrə koordinatoru Samia Xamisin təşkilatçılığı ilə "Xocalı soyqırımının 29-cu ildönümü – İordaniyadan baxış" mövzusunda videogörüş keçirilib.

İordaniyalı tarixçi-yazıçı Dr.Omar Al-Armouti və İordaniyanın Əl-Beyt Universitetinn Fars dili və Ədəbiyyatı üzrə professoru Dr.Abdel Kareem Jaradatin iştirakı ilə baş tutan görüşdə Azərbaycan həqiqətləri, İordaniya Senatının Xocalı şəhərində törədilmiş cinayət aktını pisləyən bəyanatı, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, beynəlxalq hüquq normaları və s. barədə məsələlərə toxunulub.

Xocalıda baş verənləri "insan ağlının təsəvvür edə bilməyəcəyi hadisə" adlandıran qonaqlar birmənalı şəkildə bildiriblər ki, İordaniyanın rəsmi qurumları bu qətliamı Azərbaycan xalqına qarşı törədilmiş soyqırım kimi qəbul edirlər.

Dr.Armouti qeyd edib ki, indiki Azərbaycanı 30 il öncəki dövrlə müqayisə etmək qeyri-mümkündür. 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini bərqərar edən Azərbaycanın ordusu formalaşmamışdı və Ermənistan havadarlarının köməyilə ərazilərimizin 20%-ni işğal etdi. Bu zaman çoxsaylı hərbi cinayətlər, o cümlədən Xocalı soyqırımı törədildi. Lakin illər sonra Cənubi Qafqaz regionunun güclü dövlətinə çevrilən Azərbaycan ötən ilin sentyabr-noyabr aylarında əzəli torpaqlarını Ermənistanın 30 ilə yaxın sürən işğalından azad etdi.

Dr.Abdelkareem Jaradat deyib ki, rəsmi İrəvanın tutduğu yol Ermənistanın məhv olmasına gətirib çıxara, təcavüzkar və revanşist siyasətin davam etdirilməsi erməni xalqına böyük zərər vura bilər. Ermənistan kimi yoxsul və böyük iqtisadi problemləri olan ölkənin sülh və dinc yaşamaq yolu tutmasının, barış və mehriban qonşuluq siyasəti nəticəsində əldə edə biləcəyi qazancı düşünməsinin vacibliyi vurğulanıb.

Natiqlər Azərbaycana olan sevgi və minnətdarlıqlarını ifadə edərək, Prezident İlham Əliyevin və Kral II Abdullahın ölkələrimizə dost və qardaş münasibətilə yanaşdıqlarını, bir çox regional və beynəlxalq məsələlərdə iki dövlət arasında böyük razılaşmaların mövcud olduğunu xatırladıblar. Dr.Omar Al-Armoutinin Azərbaycan haqqında yazdığı "Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq hüquq" və "İordaniya-Azərbaycan münasibətlərindəki mühüm mərhələlər" adlı kitablarının Azərbaycan dilinə tərcümə edildiyi nəzərə çatdırılıbскачать dle 10.6фильмы бесплатно


10

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Əli Rəhimzadədən qızıl, Turan və Türkan bürünc medal qazandı
Meksikanın internet televiziyasında Azərbaycan səfirinin Xocalı soyqırımı haqda müsahibəsi efirə gedib
İngiltərənin Qlazqo şəhərində "Xocalıya ədalət" tələbi ilə lövhə  quraşdırılıb
Tailandda Xocalı soyqırımı qurbanları yad edilib
Haaqa şəhərində Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin  açılışı olub
FIDE Vüqar Həşimov Şahmat Akademiyasını rəsmi olaraq təsdiqləyib

Əli Rəhimzadədən qızıl, Turan və Türkan bürünc medal qazandı

Meksikanın internet televiziyasında Azərbaycan səfirinin Xocalı soyqırımı haqda müsahibəsi efirə gedib

İngiltərənin Qlazqo şəhərində "Xocalıya ədalət" tələbi ilə lövhə  quraşdırılıb

Tailandda Xocalı soyqırımı qurbanları yad edilib

Haaqa şəhərində Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin  açılışı olub

FIDE Vüqar Həşimov Şahmat Akademiyasını rəsmi olaraq təsdiqləyib

ABŞ Konqresmeni Xocalı qətliamı ilə bağlı bəyanatla çıxış edib

Kişinyov şəhərində Xocalı soyqırımının qurbanları yad edilib

ABŞ-ın Sanni Ayles Biç şəhərində 26 fevral tarixi Xocalının anim  günü elan edilib

Ankarada Xocalı soyqırımına həsr olunan anım mərasimi keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.