İtaliyanın səfiri öldürülüb
Konqo Demokratik Respublikasındakı İtaliya səfiri edilən hücum nəticəsində həyatını itirib. DİASPOR.İNFO xəbər verir ki, bu barədə “France-Presse” öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Fransa səfiri Luka Attanasio Konqo Demokratik Respublikasında edilən bir hücum zamanı öldürülüb. Media qurumun verdiyi məlumata görə, hücum Şimali Kivu əyalətinin Qoma şəhəri ərazisində baş verib. Təcavüzkarlar BMT-nin Ümumdünya Qida Proqramı maşınlarına məxsus karvana hücum ediblər və bir neçə avtomobil onlar tərəfindən mühasirədə saxlanılıb. Quldurların məqsədinin girov götürmək olduğu güman edilir.
Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın BƏƏ-dəki səfiri Sergey Kuznetsovun ölümü barədə də məlumat verilmişdi.
Müəllif: İnam Hacıyev