• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Cəhbə Xəbərləri
    • Yazarlar

Meksikanın internet televiziyasında Azərbaycan səfirinin Xocalı soyqırımı haqda müsahibəsi efirə gedib

28-02-2021, 11:00 | Baxılıb: 29
“Meksikanın internet televiziyasında Azərbaycan səfirinin Xocalı soyqırımı haqda müsahibəsi efirə gedib

Meksikanın "ADR Networks" internet televiziyasında səfir Məmməd Talıbovun Xocalı soyqırımı və Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün tarixi haqda müsahibəsi efirə gedib. Səfirlikdən AZƏRTAC-a bildirilib ki, müsahibədə Azərbaycanın 20 faiz ərazisinin 30 ilə yaxın bir müddətdə Ermənistan tərəfindən hərbi işğalda saxlanıldığını və bu prosesin gedişatında təcavüzkar dövlət tərəfindən insanlıq əleyhinə cinayətlər törədildiyini bildirən səfir, bu xüsusda Xocalı soyqırımı haqda məlumat verib, bu qanlı faciə zamanı 613 nəfər dinc sakinimizin erməni silahlı qüvvələri tərəfindən xüsusi qəddarlıqla qətlə yetirildiyini söyləyib və Xocalıda törədilmiş bu qətliamın Ermənistanın eks-prezident Serj Sarkisyan tərəfindən də etiraf edildiyini vurğulayıb. Xocalı soyqırımının dünyanın bir çox ölkələrinin qanunverici orqanları tərəfindən tanındığını söyləyən diplomat, 10 il bundan öncə Meksika Deputatlar Palatasında da bu qətliamı rəsmi qaydada tanıyan sənəd qəbul edilyini, eyni zamanda paytaxt Mexikoda Xocalı qurbanlarının xatirəsinə abidə ucaldıldığını qeyd edib və bu məsələdə nümayiş etdirdiyi həmrəyliyə görə Meksika tərəfinə təşəkkürünü ifadə edib. 44 günlük Vətən müharibəsi zamanı işğalda olan ərazilərimizin azad edildiyini məlumat verən təmsilçimiz, burada Azərbaycana aid tarixi-mədəni irsin, eləcə də bütün infrastrukturun 30 il ərzində Ermənistan tərəfindən tamamilə məhv edildiyini, hazırda bu torpaqlarda tərəfimizdən minalardan təmizləmə və yenidənqurma işlərinin aparıldığını və növbəti mərhələdə vaxtilə etnik təmizləməyə məruz qalaraq öz yurdlarından didərgin düşmüş 1 milyona yaxın məcburi köçkünümüzün evlərinə geri qaytarılmasının nəzərdə tutulduğunu bildirib. Daha sonra Heydər Əliyev Fondunun istehsalı olan "Xocalı soyqırımı" sənədli filmi ispan dilində alt yazılarla tamaşaçılara nümayiş etdirilib. Müsahibədə, həmçinin müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti, ölkəmizin coğrafi yerləşməsi, çoxmədəniyyətlilik və tolerantlıq ənənələri, əlverişli biznes mühiti, iqtisadi nailiyyətləri, iri miqyaslı infrastruktur və enerji layihələri, turizm imkanları, paytaxt Bakı və regionlarımızın daim böyük marağa səbəb olan yerləri haqda məlumat verilib və bu səpkidə təşviqat video roliki göstərilib.скачать dle 10.6фильмы бесплатно


29

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Rusiya DİN MDB ölkələrinə möhlət verdi
Армянский «вариант» «Искандер-нам-Э», или «на воре шапка горит» АНАЛИТИКА
Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ixrac 50 faizdən çox artıb
Зеленский призвал украинцев отдыхать в Турции на фоне ограничений со стороны РФ
Ermənistan XİN "qara siyahı" tərtib edir - Metyü Brayza birincidir
Матвиенко: Мы горячо приветствуем инициативу президента Азербайджана

Rusiya DİN MDB ölkələrinə möhlət verdi

Армянский «вариант» «Искандер-нам-Э», или «на воре шапка горит» АНАЛИТИКА

Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ixrac 50 faizdən çox artıb

Зеленский призвал украинцев отдыхать в Турции на фоне ограничений со стороны РФ

Ermənistan XİN "qara siyahı" tərtib edir - Metyü Brayza birincidir

Матвиенко: Мы горячо приветствуем инициативу президента Азербайджана

Tezliklə Suqovuşan elektrik enerjisi ilə təchiz ediləcək

Годовая инфляция в Азербайджане достигла 4%

Armen Sarkisyanın Gürcüstana səfərində QALMAQAL

"ADA Universitetində keçirilən beynəlxalq konfrans böyük əhəmiyyət daşıyır" MƏQALƏ

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.