• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Cəhbə Xəbərləri
    • Yazarlar

Məşhur Məmmədov: “Dörd günlük müharibə 44 günlük qələbənin başlanğıcı idi”

3-04-2021, 18:00 | Baxılıb: 23
“Məşhur Məmmədov: “Dörd günlük müharibə 44 günlük qələbənin başlanğıcı idi”

Məşhur Məmmədov: “Dörd günlük müharibə 44 günlük qələbənin başlanğıcı idi”



“Azərbaycan tarixinin qürurverici tarixi səhifələrindən biri olan 2016-cı il aprel döyüşləri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində parlaq tarixi qələbələrlə tarixə qəhrəmanlıq salnaməsi kimi həkk olundu. Dövlət başçımız aprel döyüşləri ilə bağlı bildirmişdir: “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir”. Aprelin 2-də - dörd gün davam edən müharibə 44 günlük qələbənin başlanğıcı idi”.Bu fikirləri DİASPOR.İNFO-ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov diqqətə çatdırıb.

M.Məmmədov bildirib ki, 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, qüdrətli, sarsılmaz Azərbaycan Ordusunun sürətli əks-hücum əməliyyatı ilə düşməninin məğlub ordusunu məhv etdi: “Düşməninin məğlub ordusunu ağır məğlubiyyətə uğradardərək, ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Və Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 24 ildən sonra xalqımıza qələbə sevinci yaşatdı. Nəticədə erməni xalqı öz "şanlı ordusunu" tanıdı, eyni zamanda, bu ölkədə işğalçılığın və separatizmin dövlət səviyyəsində dəstəkləndiyi təsdiq olundu. Eyni zamanda, Aprel zəfəri illərlə yaradılan "məğlubedilməz erməni ordusu" mifini dağıldı və bir daha erməni xalqı işğalçılıq siyasətinin iflasa uğradığını dərk etdi. Və bir daha erməni xalqı artıq bilir ki, Azərbaycan torpaqlarında onlara yer yoxdur”.

“Aprel döyüşlərindən başlayan proseslər 2020-ci ildə 44 gün ərzində Azərbaycanın şanlı Qələbəsi ilə nəticələndi. Eyni zamanda, həm Naxçıvan istiqamətində Günnüt əməliyyatı, həm də Tovuz döyüşləri bir daha göstərdi ki, Azərbaycan Ordusu yüksək döyüş qabiliyyətinə malikdir və torpaqlarının bir qarışını da kiməsə verəsi deyil. Tovuz döyüşlərində də Ali Baş Komandanın qətiyyətinin, Ordumuzun döyüş qabiliyyətinin və xalqımızın birliyinin ən yüksək səviyyədə olduğunu gördük”, - deyə deputat qeyd edib.

M.Məmmədov, həmçinin onu da vurğulayıb ki, uğurlu aprel döyüşləri zamanı qazandığımız şanlı qələbə sübut etdi ki, Azərbaycan Silahlı Qüvvələri tez bir zamanda işğal altındakı bütün ərazilərimizi azad etmək gücündədir: “Bu döyüşlər Azərbaycanın tarixində uğurlu hərbi qələbəmiz kimi qalacaq. Aprel döyüşləri bizim böyük tarixi qələbəmizdir. Bu döyüşlər zamanı Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan Ordusu bir daha öz gücünü göstərdi. Bunu 44 gün davam edən İkinci Vətən müharibəsində əldə olunan Zəfər qələbəsi bir daha göstərdi. Azərbaycan Prezidentini dediyi kimi, Ermənistan nə qədər ki, təxribatçı əməllərə əl atacaqsa, Azərbaycan Ordusu onları bundan sonra da cəzalandıracaq: «Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun".

Bir sözlə, aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən taroixi, qürurlu qələbədir, 44 günlük qələbənin başlanğıcı idi”.

Rəfiqə HÜSEYNOVAскачать dle 10.6фильмы бесплатно


23

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ixrac 50 faizdən çox artıb
Зеленский призвал украинцев отдыхать в Турции на фоне ограничений со стороны РФ
Ermənistan XİN "qara siyahı" tərtib edir - Metyü Brayza birincidir
Матвиенко: Мы горячо приветствуем инициативу президента Азербайджана
Tezliklə Suqovuşan elektrik enerjisi ilə təchiz ediləcək
Годовая инфляция в Азербайджане достигла 4%

Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ixrac 50 faizdən çox artıb

Зеленский призвал украинцев отдыхать в Турции на фоне ограничений со стороны РФ

Ermənistan XİN "qara siyahı" tərtib edir - Metyü Brayza birincidir

Матвиенко: Мы горячо приветствуем инициативу президента Азербайджана

Tezliklə Suqovuşan elektrik enerjisi ilə təchiz ediləcək

Годовая инфляция в Азербайджане достигла 4%

Armen Sarkisyanın Gürcüstana səfərində QALMAQAL

"ADA Universitetində keçirilən beynəlxalq konfrans böyük əhəmiyyət daşıyır" MƏQALƏ

Hərbi Qənimətlər Parkı Azərbaycanın qalib Ölkə olduğunun əyani sübutudur - ŞƏRH ÖZƏL

"Ərdoğan Qarabağda bizə mane olur" - Jirinovski

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.