Ermənistanda arxayın idilər ki... - MÖVQE ÖZƏL
“Ermənistan Baş naziri Nikol Paşinyan Moskvada Putinlə görüşərkən əsir məsələsinin həllini xahiş etmişdi. Bu görüşdən sonra Putin Azərbaycan prezidenti İham Əliyevə zəng edərək Qarabağla bağlı fikir mübadiləsi aparıb. Amma, bu telefon danışığında əsir məsələsinin müzkirə edilməsi barədə məlumat verilməyib”. Bunu DİASPOR.İNFO-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspertin sözlərinə görə, Ermənistanda arxayın idilər ki, belə bir görüşdən sonra Azərbaycan əsirləri qaytaracaq: “Fikrimcə, Putin Azərbaycanın mövqeyini bildiyinə görə bu məsələ ilə bağlı şəxsən İlham Əliyevə müraciət etməyib. Etsəydi, Azərbaycanın da tələbləri vardı və Rusiya, həmçinin Ermənistanda buna əməl etməli idi. Eyni zamanda Rusiya prezidenti şəxsən Paşinyanın indiki vəziyyətinin daha da çətinləşməsində maraqlıdır. Sadəcə, rəsmilər arasında müəyyən əlaqələr olub. Rusiyanın ABŞ prokuroru məsələyə qarışıb və çalışıb ki, əsirlərin müəyyən hissəsinin azad edilməsinə nail olsun”.
M. Əsədullazadə vurğulayıb ki, Rusiya Baş prokuroru bu minvalla Bakıya gəlib və Yerevan rəsmiləri tam əmin olublar ki, əsirlər məsələsi həll ediləcək: “Amma Bakının təklif və tələblərini yerinə yetirilməməsi son anda diversantların geriyə verilməməsinə səbəb oldu. Ola bilərki, Azərbaycan ilk əvvəl razılıq verə bilərdi. Amma, tələbləri yerinə yetirilmədiyinə görə buna getmədi. Qeyd edim ki, prezidentlər səviyyəsində bu məsələ danışılmayıb. Danışılsaydı, Rusiya və Ermənistan Azərbaycanın tələblərini yerinə yetirməli idi. Putində heç diversantaların geri verilməsində maraqlı deyil”.