"Xocavənddəki Qaragen Njdenin heykəlinin sökülüb-sökülməməsi ilə bağlı dəqiq məlumat yoxdur. Çünki bunu nə bizim tərəf, nə erməni tərəf, nə də Rusiya tərəfi təsdiqləyib". Bu sözləri Diaspor info-ya açıqlamasında Samir Hümbətov deyib.
Onun sözlərinə görə, amma faşistlərə dəstək verən erməni heykəli orada durur: "Yəni onun sökülmə prosesini düşünürəm ki, rusların özləri təşkil eləməlidir. Bir tərəfdən də Rusiyanın oradakı mövqeyi sülhməramlı mövqe olmalıdır və oradakı qızışdırıcı vəziyyətin qarşısını almalıdır. O heykəl orada varsa, bu heykəli sökdürən tərəf Rusiya olmalıdır. Əgər bu məsələyə göz yumulursa deməli orada bir məqsəd var".
Politoloq həmçinin qeyd edib ki, 5 ildən o tərəfə Azərbaycan Rusiya ilə razılığa gəlməyəcək: "Müqavilənin şərtləri pozulursa, niyə o orada qalmalıdır? Əgər orada qalırsa o zaman türk hərbiçiləri də gəlsin. Belə bir şəraitdə onlar razı olacaqlar mı? Razı olmasalar o zaman rus hərbiçiləri də ərazidən çıxsın. Yəni hesab edirəm ki, bu tələblər yavaş-yavaş onun qarşısına qoyulacaq. Onlar çalışırlar ki, bəzi məsələləri yumşaltsınlar ki, həm bizim tərəfdən mövqeni qazansınlar, həm də ermənilərə qarşı simpatiya qazansınlar. Cəmiyyət hər şeyi görür, media daim bu məsələləri nəzarətdə saxlıyır. Proseslərin gedişatı onu da göstərir ki, növbəti 5 ilin tamamından sonra rus hərbiçilərinin orada qalması sual altına düşə bilər".
Arzu Elsevərqızı