BALAKƏN POLİSİ KARANTİN DÖVRÜNDƏ DAHA MƏSULİYYƏTLİ OLMASIYLA RESPUBLİKADA SEÇİLƏN RAYON POLİS ŞÖBƏLƏRİNDƏNDİR.
Artıg alışdığımız pandemiya, karantin dövründə həkimlərlə yanaşı, bəlkə də, daha çox xidmət edərək əziyyət çəkən polislərimizdir, desək, yanılmarıq. Bəli, Azərbaycan Polisi sərt karantin dövründə demək olar ki, fasiləsiz işlədi. Bu gün də, nə qədər yumşalmalar olsa da, polis öz işində çox diqqətlidir. Mən karantin dövründə, qanunsuzluqlara göz yuman bir çox rayon polis şöbələrindən tənqidi yazılar yazmışdım. Şimal-Qərb bölgəsində daha çox qanunsuzluqlara Qax rayonunda rastlaşdığım üçün sözügedən rayon polis şöbəsini daha çox tənqid etmişdim.
Bu gün isə Balakən rayon polis şöbəsinin kənardan hiss edilən işindən yazmaq istəyirəm. Uzun müddətdir ki, müşahidə etdiyim bir məqam var, karantin dövründə dövlətimizin qoyduğu qayda-qanuna tam riayət etmək. Elə bir kiçik hadisəylə rastlaşmadım ki, nəyinsə xətrinə bağışlanılsın vəyaxudda qanunsuzluğa göz yumulsun. Balakən rayon polis şöbəsinin rəisi Çingiz Aslanov təyin olunduğu gündən öz komandasını elə formalaşdırıb ki, yalnız bir amal var, “Dövlətə və onun Qanunlarına Sədaqətlə xidmət etmək”.
Rəis müavini Elxan Zamanov da, Balakənə gəldiyi gündən öz rəisinə, Daxili İşlər Naziri Vilayət Eyvazova və Cənab Prezidentə sədaqətli olduğunu əməli işi ilə sübut edir. Bir neçə dəfə qanunsuzluqla bağlı sırf təsadüf nəticəsində Elxan müəllimi iş başında gördüm, əlbəttə ki, biz biri-birimizi tanımadığımız üçün hər kəs öz işi ilə məşğul idi. Mənim bütün diqqətim Azərbaycan polisinin rayon yerində, vətəndaşlarımıza necə nümunə göstərdiyinə yönəlmişdir. Karantin qaydalarına görə qanun pozulub, birmənalı olaraq vətəndaş özünə bəraət qazandırmağa çalışır. Ancaq Elxan müəllim qanunu kobud şəkildə pozmuş vətəndaşa, əsil Azərbaycan polisinə layiq halda, nəzakətlə, savadla və səmimi izahat verərək, problemi həll etdi. Bu mənim diqqətimi çəkdi və qonaq olduğum Balakən rayon vətəndaşlarına yaxınlaşıb polisin kim olduğunu soruşdum. Dedilər ki, yeni rəisimiz Çingiz müəllimin yeni müavini Elxan müəllimdir.
Artıq bir neçə həftədir ki, Balakən rayonunda istər yollarda, istər rayon mərkəzində post patrul xidmətinin fəaliyyətinə xüsusi diqqət yetirirəm. Açıq deyim ki, polisin asayiş keşikçisi kimi xidməti zamanı Balakən rayonunda gördüklərim, Azərbaycanın bir çox rayonlarına örnək olacaq bir xidmət oldu.
Odur ki, Balakən rayon polis şöbəsinin hər bir halda Dövlətə, dövlətçiliyə daha sədaqətlə xidmət etməsi diqqətimi çəkdi. Balakən rayonuna yeni polis rəisi Çingiz Aslanov cənablarının təyinatı yerli camaatda daha xoş təəssürat yaratdığının şahidi oldum və buna görə də, bir ziyalı kimi Azərbaycan Respublikası Daxili İşlər Naziri Vilayət Eyvazova minnətdarlığımı bildirirəm.
Əlmaniz Ələkbərli
Azərbaycan Yazıçılar və
Jurnalistlər Birliyinin Üzvü
Diaspor.info saytının
Baş redaktoru.