BALAKƏN POLİSİ KARANTİN DÖVRÜ XEYLİ YUMŞALDILSA DA, YENƏ DƏ, BÜTÜN GÜCÜYLƏ VƏTƏNDAŞLARA XİDMƏT EDİR.
Hərdən adama elə gəlir ki, güc strukturu olan Polis orqanlarında çalışanların işi çox asandır. Belə ki, qanun-qaydaya nəzarət, asayişi qorumaq ilk baxışdan elə də, çətin olmadığı düşünülür. Lakin sonradan hərtərəfli düşünürsən ki, polis də, sənin kimi sadə Azərbaycan vətəndaşıdır, lakin o, tək özünü deyil, həm də, sənin təhlükəsizliyini qoruyur və bu onun bilavasitə vəzifə borcudur, bax onda bu orqanın işçilərinin nə qədər Şərəfli peşə sahibləri olduqlarını anlayırsan.
Diaspor.info-nun Şimal-Qərb bürosu pandemiya dövründə Balakən polisinin yorulmaz fəaliyyəti haqqında yazmışdı: ” Uzun müddətdir ki, müşahidə etdiyim bir məqam var, karantin dövründə dövlətimizin qoyduğu qayda-qanuna tam riayət etmək. Elə bir kiçik hadisəylə rastlaşmadım ki, nəyinsə xətrinə bağışlanılsın vəyaxudda qanunsuzluğa göz yumulsun. Balakən rayon polis şöbəsinin rəisi Çingiz Aslanov təyin olunduğu gündən öz komandasını elə formalaşdırıb ki, yalnız bir amal var, “Dövlətə və onun Qanunlarına Sədaqətlə xidmət etmək”.
Rəis müavini Elxan Zamanov da, Balakənə gəldiyi gündən öz rəisinə, Daxili İşlər Naziri Vilayət Eyvazova və Cənab Prezidentə sədaqətli olduğunu əməli işi ilə sübut edir. “ (Bu ötən məqalədən bir parça idi.)
Bu gün də, baxmayaraq ki, karantin rejimi xeyli yumşaldılıb, bir çox qadağalar aradan götürülüb, ancaq bununla yanaşı Balakən yeganə rayondur ki, kütləvi toplaşaraq qanunları pozmağa icazə vermir. Əslində bu çoxlarına gülünc gəlir, çünki polislə sövdələşib kütləvi toplaşıb toy edənlər vəyaxudda qanuna hörmətsizlik edərək ona məhəl qoymayanlar da, az deyildir. Belələri Balakəndə yer tapa bilməsə də, başqa rayonlarda toy məclisləri quraraq, öz istəklərinə nail olurlar. Bu nə deməkdir? Bu o deməkdir ki, Balakən rayon polis şöbəsinin rəisi Çingiz Aslanov, başda Daxili İşlər Naziri Vilayət Eyvazov olmaqla Cənab Prezidentimizə həddən artıq sədaqətlidir.
Onun birinci müavini polis duruşuğuna öz şəxsiyyəti və fiziki gücüylə nümunə olan Elxan Zamanov da, öz rəisinə, DİN-i Vilayət Eyvazov başda olmaqla Prezidentimizə sədaqətli olduğunu əməli işi ilə nümayiş etdirir.
Bilirsinizmi, vaxt gələcək karantin tam aradan götürüləcək və toylara, sərbəst və kütləvi toplaşmalara da, icazə veriləcəkdir. Ancaq bu günlər heç kimin yadından çıxmayacaqdır. Kimlər sədaqətlidir, kimlər fürsətdən sui- istifadə edənlərdir.
Balakən rayon polis şöbəsinin rəisi Çingiz Aslanov sözügedən rayona təyinatından sonra narkotiklərlə məşğul olanlar, kütləvi qanunsuz ağac kəsənlər və s. rayondan qaçmağa başladılar. Bu düzgün addımdır, çünki narkotiklə körpə balalarımızı bədbəxt edənlərə ictimaiyyət arasında yer yoxdur. Cinayətkar cəzasız qalmamalıdır. Bu prinsiplə işləyən Balakən polisi günbəgün rayon ziyalılarının və ictimaiyyətinin rəğbətini daha çox qazanmaqdadır.
Bu günlərdə Roçəhməd kəndindən polisə işə düzəlmək istəyən Rəşad adlı bir gənc mənimlə həmsöhbət oldu. Deyir Elxan müəllimlə söhbətimizdən bir böyük kimi çox şey öyrəndim. Nə olacaq bilmirəm, əsas odur çox səbrlə dinləyib səni düz başa salan polis məmurlarımız var və buna görə də sizin vasitənizlə Azərbaycan Respublikası Daxili İşlər Naziri Vilayət Eyvazova minnətdarlığımı bildirirəm.
Mən də, öz növbəmdə çox mədəni danışan cavan oğlanı qırmadım, dediyi bütün fikirləri olduğu kimi yazdım.
Əlmaniz Ələkbərli
Azərbaycan Yazıçılar və
Jurnalistlər Birliyinin Üzvü
Diaspor.info saytının
Baş redaktoru.