Rusiya yeni radar sistemi hazırlayır. Diaspor info rus mətbuatına istinadən xəbər verir ki, "RTİ Sistem" şirkətinin baş meneceri Yuriy Anoşko Moskva şəhərində keçirilən "Armiya 2021" Beynəlxalq Hərbi Texniki Forumunda bu sistem haqqında məlumat verib.
Moskva bölgəsini ballistik raket hücumlarından qorumaq üçün istifadə edilən Don-2N raketdən müdafiə radar sistemindən danışan Anosko dünyada bənzərsiz olan bu radar sisteminin modernləşdirildiyini vurğulayıb: "Hazırda sistem sınaqdan keçirilir. Bu araşdırmalar nəticəsində sistemin funksional xüsusiyyətləri dəyişib. Radar sisteminin həm keyfiyyət, həm də kəmiyyət xüsusiyyətlərinin təkmilləşib".
Qeyd edək ki,1978-ci ildə qurulmağa başlanan, 1989-cu ildə orduya təhvil verilən və 1991-ci ildə istifadəyə verilən Don-2N sistem o vaxtdan bəri fasiləsiz fəaliyyət göstərir. Hündürlüyü 33 metr olan 4 tərəfli piramida şəkilli radar sisteminin künclərində 18 metr diametrli ultra yüksək tezliklə radar sistemləri mövcuddur. 360 dərəcə baxış bucağı olan radarlar 3.700 kilometrə qədər olan məsafədə ballistik raketləri aşkar edə bilir.
Müəllif: Qönçə Quliyeva