Diaspor info saytının Naxçıvan Muxtar Respublika bürosunun verdiyi məlumata görə, bu gün Naxçıvan Dövlət Universitetinin Təbiətşünanslıq və Kənd Təsərrüfatı fakültəsinin İnsan və Heyvan fiziologiyası laborotoriyasında “ Qan qruplarının və faizinin təyini” mövzusunda praktiki dərs keçirilmişdir. Dərsi Təbiətşünanslıq və Kənd Təsərrüfatı fakültəsinin biologiya ixtisasının 3-cü kurs tələbələri və fakültənin fiziologiya müəllimi Səfurə Babayeva aparmışdır.
Dərs müddətində qan analizinin götürülməsi, qan qruplarının təyini, qanda hemoqlabinin təyini mövzüları praktiki şəkildə tələbələrə göstərilmişdir. Dərsin sonunda Səfurə Babayeva fakültədə müasir avadanlıqlarla təchiz olunmuş labaratoriyaya və dərsin keçirilməsi üçün yaradılan şəraitə görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbova və Universitetin rektoru cənab Elbrus İsayevə minnətdarlığını bildirmişdir.
Tədbirdən foto materiallar:
Sadiq Ələkbərli
Diaspor info
Naxçıvan MR