AZƏRBAYCAN HAQQINDA YAXŞI YAZILAR YAZILMIŞ "İMENA" JURNALINA UKRAYNADA BİR ÇOX OFİSLƏRDƏ RAST GƏLMƏK OLAR.
Diaspor info saytının Ukrayna bürosu bu günlərdə Nikalayev şəhərində olublar. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Nikalayev vilayəti üzrə sədri Yunus Alıyev Diaspor rəhbərləri arasında ən çox və keyfiyyətli iş görənlərdəndir desək, yanılmarıq.
Yunus Alıyev ağsaqqal olmasına baxmayaraq, bu gün də, uzunmüddətli siyasi təbliğat apara bilir.
Bir müddət əvvəl iki jurnalisti öz şəxsi vəsaiti hesabına Azərbaycana göndərən Yunus müəllim deyirdi ki, yerli millətin Azərbaycanla bağlı yazdığı fikirlər daha uzun ömürlü olacaqdır. Və bu belə də oldu.
Belə ki, Beynəlxalq jurnalistlər İqor Yermoloyev və Fyodr Raxubovski Azərbaycana gəldilər.
Yunus müəllimin təşkilatçılığı ilə vətənimizin hər bir guşəsini qarış-qarış gəzdilər. Quba soyqırımı kütləvi məzarlığında da, oldular.
Sonunda İmena jurnalının üz qabığından başlayaraq yarısına kimi Azərbaycan həqiqətlərində məqalələr getdi.
Və bu gün biz Nikalayev şəhərində Aviakassaya daxil olarkən, həm masada, həm də orada işləyən xanımın əlində sözügedən jurnalı gördük. Hər bir Azərbaycanlı kimi bizə də çox xoş oldu.
Demək ki, boş-boş danışmaqla Azərbaycanı təbliğ etmirlər, bax belə edirlər.
Yunus müəllimin Nikalayev Kiyev magistral yolunun üzərində qurduğu abidə kompleksinin tanıtım lövhəsi, onun üzərində yazılmış Azərbaycan sözü hələ yüz illərlə millətimizin təbliğatına işləyəcəkdir.
Diaspor info
Ukrayna bürosu
476