UKRAYNANIN BÜTÜN ŞƏHƏRLƏRİNDƏ ÜMUMMİLLİ LİDERİMİZİN ANIM GÜNÜ KEÇİRİLİB.
Məlum olduğu kimi 12 dekabr Azərbaycan və Türk dünyasının liderlərindən biri, Ümummilli lider Heydər Əliyevin dünyasını dəyişdiyi gündür. Bəli, artıq 16 ildir ki, dünya şöhrətli siyasətçi, Ulu öndər Heydər Əliyev aramızda yoxdur.
Diaspor info saytının Ukrayna bürosu xəbər verir ki, sözügedən ölkədə Anım günü qeyd olunmağa başlayıb.
Diaspor info saytının verdiyi məlumata əsasən keçirilən tədbirlərdə ziyalıları və ağsaqqallar Ulu öndər haqqında dəyərli fikirlərini bölüşüblər.
Budəfəki müsahibimiz isə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi idarə heyətinin üzvü , hüquqşünas Qulu İbrahimov olub. Qulu müəllimlə Kiyev şəhərində Ümummilli liderin şərəfinə ucaldılmış möhtəşəm abidə qarşısında söhbət etdik. Qulu İbrahimovun fikirlərini olduğu kimi təqdim edirik.
Azərbaycanın bugünkü inkişaf yolunun əsas istiqamətlərindən danışarkən birmənalı şəkildə qeyd etmək lazımdır ki, bu inkişaf ilk növbədə
xalqımızın Ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl davam etdirilməsinin nəticəsidir. Heydər Əliyev bütün həyatı boyu Vətəninin, xalqının gələcəyini düşünmüş, Azərbaycanın müstəqilliyinin əbədiliyinə bütün varlığı ilə inanaraq bu dövlətin ideya əsaslarını, strateji inkişaf istiqamətlərini konkret olaraq müəyyənləşdirmişdir.
Ümummilli lider , Ulu Öndər Heydər Əliyevin vəfatından sonra , hər il istər Azərbaycanda istərsədə Ukraynada əziz xatirəsini ehtiramla yad edirik.
Ulu öndər Heydər Əliyev siyasətinin davamçısı, Prezidentimiz İlham Əliyev bu siyasəti çox müdrik və uğurla davam etdirir.
Biz Azərbaycan dövləti, xalqımızla və Prezidentimizlə qürur duyuruq.
Diaspor info
Kiyev
879