MÜASİR DİASPORAMIZIN İNKİŞAFI GƏNCLƏRİMİZDƏN DAHA ÇOX ASILIDIR.
Müasir diasporamızın inkişafı gənclərdən daha çox asılıdır,
çünki bu gün dünyada qılınc deyil, informasiya, qələm mübarizəsidir.
Şikar Hüseynov.
Diaspor info saytı dünyada yaşayan məşhur Azərbaycanlılarla oxucularımızı tanış etməkdə davam edir. Bu dəfə Novomoskovski şəhərində yaşayan ziyalı bir gəncimizlə oxucularımızı tanış etmək istəyirik.
Ruslan Çingiz oğlu Dünyamalıyev, 2019-cu ildə Zaparojye Dövlət Tibb Universitetini Pediatriya ixtisası üzrə bitirib.
Hal-hazırda Dnepr şəhərində Dövlət Tibb Akademiyasında İnternatura təhsili alır.
Ən əsası da odur ki, Ruslan bütün təhsilini pulsuz alır.
Diaspor fəaliyyətində də, aktivlik göstərən Ruslan Çingiz oğlu, diqqətimizi təkcə savadı ilə deyil, həm də, yüksək tərbiyəsi ilə çəkdi. Bu hal bəlkə də, oxucu üçün bir o qədər də, maraqlı olmaya bilər, ancaq dünyanı gəzən bir jurnalist kimi deyə bilərəm ki, bu gördüyüm çox təqdirəlayiqdir. Digər mentaliteti olan millətlərin içində bu cürə böyümək, yəni əsl Azərbaycan övladı olmaq hər adama nəsib olmur. Bəli, demək ki, Ruslan Dünyamalıyev gələcəkdə həkim kimi insanların xidmətində olarkən də, təkcə tibbi savadı ilə deyil, həm də, yüksək mədəniyyəti və tərbiyəsi ilə öz xalqının başını uca edəcəkdir.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Novomoskovski şəhəri üzrə sədri Şikar Hüseynovla söhbətimiz zamanı məlum oldu ki, təkcə Ruslan Dünyamalıyev deyil, ümumiyyətlə gənclərimizin daha çox savadlanması üçün diaspor təşkilatının xüsusi bir planı vardır. Şikar müəllim deyir ki, müasir diasporamızın inkişafı gənclərdən daha çox asılıdır, çünki bu gün dünyada qılınc deyil, informasiya, qələm mübarizəsidir.
Şikar Hüseynov Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevin diplomat kimi çox savadlı olduğunu və Ukrayna ictimaiyyəti tərəfindən yaxşı qəbul olunduğunu da, xüsusi vurğuladı.
Apardığım müşahidələr zamanı əyalət olaraq, kiçik şəhərlərin müqayisəsini aparsaq Novomoskovski diasporası Ukraynada ən irəlidə olanıdır.
Bizim də iştirak etdiyimiz tədbirlər zamanı beş-on dəqiqə ərzində Şikar müəllimin ətrafına yüzlərlə insanın toplaşdığının şahidiyik.
Hesab edirik ki, müasir texniki biliklərə sahib olan Ruslan kimi müasir gəncliyimiz diasporamızı bir neçə ildən sonra Lobbiçiliyə çevirə biləcəkdir.
Diaspor info
Ukrayna.
2 093