CƏNAB PREZİDENT AZƏRBAYCAN PARLAMENTİNDƏ DAHA ÇOX İNTELLEKTİ İLƏ SEÇİLƏN GƏNCLƏRİ
GÖRMƏK İSTƏYİR. HESAB EDİRƏM Kİ, YƏHYA BABANLI DA, MƏHZ PREZİDENTİMİZİN
ARZULADIĞI KİMİ VƏTƏNİNİ SEVƏN, DÖVLƏTİNƏ SƏDAQƏTLİ VƏ VƏTƏNPƏRVƏR OLAN NAMİZƏDLƏRDƏNDİR.
ƏLMANİZ ƏLƏKBƏRLİ
Diaspor Təşkilatlarının Monitorinq Mərkəzinin sədri,
Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin Üzvü.
GÖRMƏK İSTƏYİR. HESAB EDİRƏM Kİ, YƏHYA BABANLI DA, MƏHZ PREZİDENTİMİZİN
ARZULADIĞI KİMİ VƏTƏNİNİ SEVƏN, DÖVLƏTİNƏ SƏDAQƏTLİ VƏ VƏTƏNPƏRVƏR OLAN NAMİZƏDLƏRDƏNDİR.
ƏLMANİZ ƏLƏKBƏRLİ
Diaspor Təşkilatlarının Monitorinq Mərkəzinin sədri,
Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin Üzvü.
Diaspor.info saytınının verdiyi məlumata əsasən, “Tarixçi alim Yəhya Babanlı “ 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılacaq. Bu barədə saytımıza namizədin özü məlumat verib.
Yəhya Məmməd oğlu Babanlı 30 sentyabr 1981-ci ildə Naxçıvan MR-nın Ordubad rayonunda doğulub.
Tarix üzrə Fəlsəfə elmləri doktoru, Diaspor məsələləri üzrə ekspert olan Yəhya Babanlı həm də, “Həmrəy” Gənclərin Maarifləndirməsinə Dəstək İctimai Birliyinin təsisçisidir.
Azərbaycan Diasporunun Dövlətlərarası münasibətlərin inkişafında rolu (1991-2011) mövzusunun tədqiqatçısıdır.
30 elmi-publisistik məqaləsi daxili və xarici nəşrlərdə dərc olunmuşdur.
2 dərs proqramının , 2 metodiki vəsaitin və miqrasiya-diaspor –lobbi üzrə bir neçə səmərələşdirici təklifin müəllifidir.
Vətəndaş cəmiyyətinin inkişafı sahəsində görülən işlərdə yaxından iştirak edir.
Elmi-pedaqoji fəaliyyətlə məşğuldur.
Xatırladaq ki, Yəhya Babanlı namizədliyini Naxçıvan MR-nın “7” saylı Ordubad-Culfa seçki dairəsindən irəli sürüb. Qeyd edək ki, sözügedən dairədə 48 məntəqə var. Bu dairədən səsvermə hüququ olan seçicilərin sayı isə 34 545 nəfərdir.
Oxucularımıza xatırlatmaq istərdik ki, Naxçıvan MR-nın Ali qanunvericilik orqanı “ Ali Məclisdir “ və onun 45 üzvü vardır .
Xatırladaq ki, Yəhya Babanlı bu vaxtadək Dövlət Miqrasiya xidmətində, “Azenerji “ ASC və Fövqəladə Hallar Nazirliyində müxtəlif rəhbər vəzifələrdə işləyib.
Azərbaycan ictimaiyyətinin və dövlətinin bu günkü tələblərinə uyğun olaraq keçirilən Parlament seçkilərində Azərbaycan elminin inkişafı üçün yorulmadan çalışan Yəhya Babanlıya saytımız adından uğurlar arzulayırıq.
Diaspor.info.
1 172