ƏLMANİZ ƏLƏKBƏRLİ: AZƏRBAYCANDA APARILAN İSLAHATLAR ÖZ BƏHRƏSİNİ VERİR.
FUAD MURADOVUN DİDK-nə təyinatı və bu təyinatın “Asan Xidmət” qədər uğurlu olması ondan xəbər verir ki, bu gün aparılan islahatlar da, qısa müddətdə öz müsbət nəticəsini verəcəkdir.
ƏLMANİZ ƏLƏKBƏRLİ
AJB Və AYB-nin üzvü.
Diaspor info saytının bu günkü qonağı “Diaspor Təşkilatlarının Monitorinq Mərkəzinin “ sədri, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, 2019-cu il İlin Jurnalisti seçilmiş Əlmaniz Ələkbərlidir.
Sual: Bildiyimiz kimi Azərbaycanda çox ciddi islahatlar gedir, bu dəyişikliklər kənardan, lap elə Ukraynadan necə görünür?
Bəli, bu gün Azərbaycanda çox ciddi islahatlar gedir və mən deyərdim ki, xalqımızın, dövlətimizin xeyiri üçün vaxtında atılan addımdır.
Bilirik ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev islahatların vacib olduğunu və bundan çox şey gözlədiyini dəfələrlə vurğulayıb. Bu günlərdə Prezident İlham Əliyev “Davos Forumu” çərçivəsində “ Strateji baxış: Avrasiya “ mövzusunda interaktiv iclasda deyib: “Gələn ay əhalinin etibar etdiyi adamları seçmələrini təmin etmək üçün erkən parlament seçkiləri keçirəcəyik. Seçkilərdən sonra parlament, islahatların çox vacib bir hissəsi olacaq. Məlumdur ki, aparılan bütün islahatlar Cənab Prezidentin diqqət mərkəzindədir. Son illər kadr dəyişiklikləri, vəyaxud “Asan Xidmətin” yaradılması bir çox sahələrdə rüşvətxorluğun qarşısını tam alıb. Kadr dəyişiklikləri təkcə nazirlik və komitə sədrləri vəyaxud icra başçıları səviyyəsində aparılmır. Prezidentin ideoloji və mətbuat, siyasi partiyalarla işləyən sahəsinin belə rəhbəri dəyişdirildi.
Diasporla iş üzrə dövlət komitəsinin rəhbərliyinin dəyişdirilməsi də, Asan xidmət kimi tez bir zamanda öz bəhrəsini verən bir hal oldu. DİDK-nin sədri Fuad Muradov rəhbərliyə başladığı gündən ilk addımı bütün sahələrdə şəffaflıq yaratması oldu. Əvvəllər bir çoxları, o cümlədən jurnalistlər üçün bağlı qalan komitənin qapıları hamının üzünə açıldı.
Bu gün Fuad Muradovun dəsti-xətti hər addımda görünür. Məsələn: Diaspor təşkilatlarının daha güclü olduğu və pərakəndəlik olduğu dövlətlərdə koordinasiya şuraları yaradıldı. Son zamanlar sürətlə Azərbaycan evlərinin açılması və Qarabağ adını daşıyan həftəsonu Azərbaycan məktəblərinin fəaliyyətə başlaması təqdirəlayiq haldır.
Ən yaxın tarixdə açılan Azərbaycan evlərindən Almaniyanın Berlin və Köln şəhərlərini, Macarıstanın Budabeşt və İspaniyanın Barselona şəhərini misal göstərmək olar.
Artıq Azərbaycanla Türkiyə, “ bir millət iki dövlət” prinsipini diaspor sahəsinə də, şamil etmək olar.
Bundan əlavə Fuad Muradov Xarici dövlətlərin Azərbaycandakı diplomatik nümayəndələri ilə görüşlər keçirir, xarici mətbuata müsahibələr verərək erməni lobbisinin yalanlarını peşəkarlıqla üzə çıxarmağı bacarır.
Ümumiyyətlə DİDK-nin bu günkü fəaliyyəti kortəbii vəyaxud da, səpələnmiş vəziyyətdə aparılmır. Fuad Muradovun rəhbərliyi altında dünyada yaşayan soydaşlarımızın həmrəy olması, bir amal üçün fəaliyyət göstərməsi naminə “Strateji Yol Xəritəsi” cızılıb.
Baxın, ötən il “Xocalı soyqırımına” həsr olunan tədbirlərdən biri Fransanın paytaxtı Paris şəhərindəki kilsələrdən birində keçirildi.
Brüsselldə Avroparlamentin qarşısında Qarabağ mitinqi keçirildi. Və sözügedən mitinq Avropada keçirilən ən böyük mitinq olması ilə yanaşı həm də, müxtəlifliyi ilə seçildi. Belə ki, Avropanın bir çox ölkələrindən ora soydaşlarımız qatıldılar və hər biri yaşadıqları ölkələrin dövlət dilində, çıxışlar etdilər. Təxminən on bir dildə çıxışlar edildi.
Dünyada yaşayan və fəaliyyət göstərən elm adamlarının Azərbaycanın bir çox universitetlərinə gətirilməsi və Azərbaycan gənclərinə elmi töhfələrinin verilməsinə şəraiti də, diaspor komitəsi yaradıb.
Hesab edirəm ki, Fuad Muradovun DİDK-nə təyinatı və bu təyinatın “Asan Xidmət” qədər uğurlu olması ondan xəbər verir ki, aparılan islahatlar da, qısa müddətdə öz müsbət nəticəsini verəcəkdir.
Diaspor info
Bakı
543