“Nankorlar bilmlidirlər ki, xalq-iqtidar birliyi yenilməzdir” ÖZƏL-MÜNASİBƏT
Hakimiyyətə gəlmək uğrunda mübarizə aparmaq olar, ancaq bu xalqın faciəsi üzərində qurulmamalıdır, insanları bəlalara, vətəni uçuruma, böhrana aparmamalıdır. Bu sözləri DİASPOR.İNFO-ya müsahibəsində Milli Məclisin Aqrar Siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
Komitə sədrinin sözlərinə görə, çox təəssüf ki Xalq Cəbhəsi, bəzi müxalif qüvvələr yarandığı ilk gündən bu yolu, yəni, xalqa, vətənə xəyanət yolunu, qarşıdurmalar, özbaşınalıqlar törətmək yolunu tutmuşlar.
“Qurtuluş tariximizi qeyd etdiyimiz bu günlərdə biz o dövrü, Müsavat-AXCP cütlüyünün ölkəni acınacaqlı vəziyyətə saldığı o illəri dönə-dönə xatırlamalı olur və təəssüflənirik. Ancaq nədənsə radikal müxalifət tarixin dərslərindən ibrət götürmür, bu gün də dövlətçiliyimizin, müstəqilliyimizin əleyhinə öz çirkin əməllərini davam etdirirlər. “Milli Şura” adlandırılan saxta bir qurum bu sahədə fərqlənməkdədir və nəinki nailiyyətlərimizdən, inkişafdan narahat olur, hətta insanlarımızın çətinliyə düşməsini, müəyyən faciələrimizi sevinclə qarşıılayır, toy-bayram edirlər. “Milli Şura” ölkədə baş verən zəlzələlərdən, təbii fəlakətlərdən, yanğınlardan, atəşkəsin pozulması və itgilərimizdən, müəyyən cinayət hadisələrindən daimi olaraq siyasi məqsədlər üçün istifadə edirlər. İnsanları itaətsizliyə, qanunsuz mitinqlərə, qarşıdurmalara səsləməklə, ölkədə xaos, özbaşınalıq yaratmağa çalışırlar. Hətta koronavirusdan ölənlərinin sayının artması onlarda sevinc doğurur və bütün hallarda insanları çaşdırmaq yolunu tuturlar.
Bu günlərdə dünya bazarında neftin qiymətinin aşağı düşməsi bu bədxahların daha böyük sevincinə səbəb olub. Bununla onlar Azərbaycan xalqının ağır vəziyyətə düşəcəyini zənn edir, hakimiyyətin zəifləyəcəyini, xalqın narazılığının artacağını düşünürlər və belə qənaətə gəliblər. Ancaq Cəmil Həsənli kimi nankorlar bilmlidirlər ki, bu dövlətin bünövrəsi möhkəmdir, xalq-iqtidar birliyi yenilməzdir. Azərbaycanın Cənab İlham Əliyev kimi uzaqgörən, qətiyyətli prezidenti var. O, xaldan dəstək alır və xalq üçün əlindən gələni əsirgəmir, daim insanların sosial rifahının yaxşılaşmasına, müstəqilliyimizin əbədi olmasına, dövlətçiliyimizin möhkəmlənməsinə, vətənin inkişafına çalışır. Neftdən asılılığın aradan qaldırılması üçün görülən mühüm tədbirlər bir çox riskləri aradan qaldırır, gələcək üçün böyük təhlükə yaratmır. Belə olan halda “Milli Şura” üzvlərinin sevinməsinə, toy-bayram etməsinə yer qalmır ki, onlar bunu bilməli və öz havadarlarına da çatdırmalıdırlar. Bilməlidirlər ki, arzuları həmişəki kimi gözlərində qalacaq”, deyə Tahir Rzayev bildirib.
Müəllif: İnam Hacıyev