Çin 20 hind əsgərinin öldüyü münaqişə ilə bağlı açıqlama verib
Çin və Hindistan qoşunları arasında baş vermiş qarşıdurma ilə əlaqədar iki ölkə arasında sərhəddə vəziyyətin nizamlanmasına dair razılıq eldə olunub. DİASPOR.İNFO xəbər verir ki, bu barədə Çinin Xarici İşlər naziri Vanq Yi məlumat verib.
Belə ki, Çin və Hindistan qoşunları arasında sərhəddə yaranmış qarşıdurma ilə bağlı danışan Çinin Xarici işlər naziri bildirib ki, telefon vasitəsilə Hindistanın Xarici İşlər naziri Subrahmanyam Caishankar ilə əlaqə saxlanılıb və məsələ müzakirə olunub. Hindistan tərəfi qarşıdurma yaradan şəxslərin müvafiq şəkildə cəzalandırılacağını və cəbhədəki qoşunları nəzarət altına alacaqlarını bildirib.
Qeyd edək ki, Çin və Hindistanın sərhəd xəttində bazar ertəsi günü qarşıdurma baş verib və nəticədə 20 hindistanlı əsgər həlak olmuşdur. Münaqişəni yaradan tərəflər isə məsələdə bir-birini günahlandırıb.
Müəllif: Nigar Məmmədova