Ukraynada bir gündə 940 nəfər koronavirsa yoluxdu
DİASPOR.İNFO saytının Ukrayna bürosu xəbər verir ki, Ukraynada bu günədək koronavirus infeksiyasına yoluxanların
sayı 39 014 nəfərə çatıb, 1 051 nəfər isə həyatını itirib. Son sutka ərzində ölkə ərazisində 940 yeni yoluxma,
16 ölüm faktı qeydə alınıb.
17 409 nəfər sağalıb, 20 554 nəfərin müalicəsi davam edir.
Qeyd edək ki, Ukraynada pandemiya ilə əlaqədar elan edilmiş karantin müddəti iyulun 31-dək davam edəcək.
359