Əli Kərimli AXCP sədrliyindən getmək məcburiyyətindədir
Bu günlərdə deputat Razi Nurullayev və tərəfdarları “zoom” formatında qurultay keçirərək “Milli Cəbhə Partiyası” (“MCP”) yaradıblar. Qurultayda Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) adından imtina edilib. Qurultayda yeni partiyanın sədri R.Nurullayev seçilib.
Qeyd edək ki, R.Nurullayev bir neçə il öncə Əli Kərimlinin sədri olduğu AXCP-dən istefa verdi. Bundan sonra o, təşəbbüs qrupu yaradaraq əsl AXCP-çilərin onun tərəfdarları olduğunu iddia etdi, Ədliyyə Nazirliyinə müraciət edərək partiyanın sədri kimi onun təsdiqlənməsini istədi. Amma Ədliyyə Nazirliyi belə qərar vermədi.
Bu gün keçirilən onlayn qurultayda isə təşəbbüs qrupu AXCP adından imtina edərək, partiyanın adını “MCP” qoyub. Məlumata görə, yaxın günlərdə “MCP”-nin qeydiyyatı üçün Ədliyyə Nazirliyinə müvafiq sənədlər təqdim ediləcək.
Tarix unudulmur, Əli Kərimli
Ə. Kərimli, bəs görəsən vaxtı ilə AXCP-yə gəlib-getmiş tanınmışlar niyə sizi tərk etdilər? Bəllidir, ilk gündən daxilində “dağıt-parçala” xislətin aydın görünürdü, həmçinin o da açıq görünürdü ki, satqınçılıq xisləti ilə ətrafındakıları sata-sata , “vahid” özün qalmaq istəmisən. Nəticədə bu gün o məqam çatıb: bayquş kimi təkləşdin. Ancaq bayquşdan fərqli olaraq. Yəni bayquş dağılmış məskənlərın, gücsüz heyvanların üstündə oturur, sən isə bu ölkənin firavanlığından, uğurlarından bəhrələnərək xarici qüvvələrə yalan, böhtanlar verməklə qrantlara satılan və satan iblis xislətlisən. Bu əməllərinə görə az zaman önəmində bu xalqın, bu dövlətin ayağına böyürə-böyürə gəlsən də bayquşdan fərqli olaraq “hədiyyən” çox ağır olacaq: özü də xalqın, dövlətin qarşısında bağışlanılmaz cəza!
AMİP-in sabiq sədri Yusif Bağırzadənin də xatırlatması: “Partiya dediyi təşkilatında heç zaman azad söz olmayıb, indi də azad söz yoxdur”
AMİP-in sabiq sədri Yusif Bağırzadə bildirirdi ki, partiya dediyimiz bir səhmdar təşkilat kimi qurumdur: “Hər bir cəbhəçi onun səhmdarıdır. Razıyam ki, birinin bir, o birinin iki, bəzilərinin isə 100 səhmi ola bilər. Amma 25 ildir ki, insanların səhmi əlində yanıb. Onlar bu səhmlərdən xeyir götürə bilməyiblər. Bütün səhmlər Ə. Kərimliyə xidmət edib və etməkdədir. Biz niyə cəbhəçinin başının altına hər dəfə yastıq qoymalıydıq ki, gəlirik? Axı necə gəlirdik, niyə cəbhəçilərə yalan söyləməkdə davam edirdik? Buna qarşı oldum. Mən və tərəfdarlarımın səhmindən istifadə etmək, səhmdar hüququmdan istifadə edib, dəyişiklik gətirmək istədim. Buna təhamül edə bilmədi. “Səhmdar var, səhmlər yox”,- dedi”.
Əli Kərimlinin gerçək siması ifşa olunur
Əli Kərimlinin gerçək siması illərdir ki, ifşa olunur, ancaq olunduqca daha həyasız olur. Bu belə də olmalıdır. Çünki satılıb-satılan Ə.Kərimlidə “həya” deyilən bir hissiyat yoxdur. Necə deyərlər, abırsızın abrı olmaz. Ona görə də Ə.Kərimlini əsl simasını təsdiqləyən faktlar da sübut edir. Belə ki, illər keçəndən sonra bəlli olub ki, məhz həmin illərdə Qərb təşkilatları “Azadlıq” qəzetinə yüz minlərlə dollarlıq qrantlar ayırırmış. Ə. Kərimlinin manipulyasiyaları bir deyil, iki deyil...Onlarla, yüzlədir. Ümumiyyətlə, onun özünə pərəstişlik üzərində qurduğu “siyasətinin” əsas qayəsi də budur ki, “lider”, yaxud “siyasi rəhbər” olaraq, tükənmiş AXCP sədri hətta bir neçə illər öncə hər hansı bir məsələ üzərində oynadığı oyunbazlığını bir müddət sonra təkrarlayır. Misal üçün, bu günlərdə bəlli olub ki, sosial şəbəkələrdəki trolları elə özünün tapşırığı ilə onun bir neçə ol əvvəl çıxış etdiyi videosunu paylaşıblar. Daha dəqiq desək, Rusiya telekanallarına istinadən yayılan həmin süjetdə aparıcı Amerika Birləşmiş Ştatlarının Azərbaycana qarşı sərt davranacağından söz açır. Qeyd olunur ki, ABŞ Konressinin Helsinki Komissiyasının rəyi ilə rəsmi Vaşinqton Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar tətbiq edəcək, yüksək ranqlı məmurların ölkəyə girişi qadağan olunacaq. Lakin apardılan araşdırma nəticəsində məlum olub ki, "Milli Şura" və AXCP üzvləri tərəfindən "böyük şövqlə" yayılan həmin video 4 il əvvəl (!) efirə gedib və ötən müddətdə orada əks olunan iddialar özünü doğrultmayıb. Bu isə, sadəcə gündəmdə qalmaq üçün növbəti manipulyasiyalardan biridir. Ancaq bu da son deyil. Hələ də 19 yanvar mitinqi üzərində belflər edən Kərimli hələ də öz köhnə küçə təfəkküründən çıxışlar edərək, bütövlükdə Azərbaycan dövlətinin yürütdüyü siyasətə qarşı ən murdar iftiralarını, bunun ardınca bütün dünyanı ağuşuna alan koronavirusla mübarizədə dövlətimizin başçısının apardığı düşünülmüş addımların uğuruna qarşı sosial şəbəkələrdə düşünülməmiş çağırışları, iyulun 12-də işğalçı Ermənistanın qəflətən Azərbaycan sərhədlərini qeyri-şərtsiz pozaraq təxribatının Azərbaycan Ordusunu gücü və əsgərlərimizin əzm və rəşadəti ilə düşməni etdiyi əməllərinə görə böyük məğlubiyyətə gətirib çıxarması bu qələbəni xalqımız böyük qürurla qeyd edərək mitinq-yürüş etməsində də öz erməni xislətli niyyyətini ortaya qoyaraq təxribat törətməsi AXCP sədrinin gerçək simasını bir daha göstərdi. Bu xain, iblis xislətli hələ də özünü "birləşmiş müxalifətin lideri" kimi ictimai rəyə zorla sırıdığı halda, bu gün belə bi vəziyyətə düşməlidir. Fəqət, gəlin görək, hər hansı müsavatçı, ADP-çi, AXP-çi, KXCP-çi, “REAL”-çı və s. onu özünə "lider" hesab edirmi?
Sərdar Cəlaloğlu: "Onlar zavallı qaraguruh təbəqədir, ağıl, şüur cəhətdən inkişaf etməyiblər"
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə deyib ki, yarınmaqla deputat olmaq mümkün olsaydı, onda Ə. Kərimli iqtidara iki dəfə yarınıb: "O indiyə qədər iki dəfə deputat olub, mən heç bir dəfə də olmamışam. O, müxalifətdə təşəbbüsü ələ alıb diqqətini özünə cəlb etmək istəyir. Beləliklə, müxalifətə hər hansı maddi, mənəvi dəstək olacaqsa, bunu özü almağa çalışır. Yoxsa, onun addımlarının milli maraqlar, yaxud insan haqları məsələsi durmur. Misal üçün, onların məhbuslarla bağlı mitinqlərində Müsavat iştirak etdi. Amma onlar Müsavatın mitinqində iştirak etməmək qərarını veriblər. Bu nə deməkdir? Necə olur, insan haqlarını müdafiə etdiyini deyirsən, amma başqası müdafiə edəndə onun əleyhinə qərar verirsən. Bu, onların hər bir məsələ arxasında qrup maraqlarının olduğunu göstərir. Onlar zavallı qaraguruh təbəqədir. Ağıl, şüur cəhətdən inkişaf etməyiblər. Onlarda siyasi mədəniyyət deyilən şey yoxdur. Əllərindən söyüş söyməkdən başqa heç nə gəlmir. İnsanın arqumentləri qurtaranda dərhal söyüşə keçir. Əli Kərimlinin istefa vermiş müavinlərindən biri şəxsən mənə demişdi ki, Əli bəyin tapşırığı ilə sosial şəbəkələrdə 20-30 nəfərlik qrup düzəldiblər. Onların işi ancaq şəbəkədə oturub virtual aləmdə AXCP-ni, Əli Kərimlini müdafiə etmək və başqalarına qarşı təhqir kampaniyası aparmaqdır. Bunu dəqiq bilirəm". O, həmçinin "onlar "kim bizim kimi düşünmür, yanımızda deyil, deməli, düşməndir" yanaşması ilə yaşayırlar",- deyə diqqətə çatdırıb: "Vaxtilə ictimai Palatada Müsavatla bir yerdə idi, onda müsavatçılara dost deyirdilər. Ayrılan kimi onları düşmən elan etdilər. Sonra Milli Şurada bir araya gəldilər, yenə dost dedilər. Müsavat çıxan kimi xain elan etdilər. Bu adamın psixologiyası belədir. Hər şeyi öz yanaşması ilə ölçür. Ona kim yaxındır, deməli, doğrudur, ona qarşı olanlar xaindirlər. Xədicə İsmayıl isə Əli Kərimlini müdafiə etdiyini özü də təkzib etmir. O, AXCP-nin ən yaxın təbliğatçılarından biridir. Ümumiyyətlə "Azadlıq” radiosunun böyük əksəriyyəti AXCP-dən yaxud "Azadlıq" qəzetindən çıxanlardır, yaxud Əli Kərimliyə yaxın olanlardır. Vaxtilə Bakı bürosunun sədri olmuş biri də "Azadlıq" qəzetinin əməkdaşı olmuşdu. Xədicə İsmayıl jurnalistdən çox xəfiyyə kimi davranır.
Mirmahmud Mirəlioğlu: "AXCP sədri mahir yalançı və siyasi "moşennik"dir"
KXCP sədri Mirmahmud Mirəlioğlu AXCP sədrini xəyanətdə ittiham edərək bildirib ki, AXCP sədri o qədər mahir yalançı, o qədər mahir siyasi “moşennik”dir ki, ondan nə desən gözləmək olar. Əli Kərimli kimi “moşennik”in AXCP-yə sədrlik etməsinə təəssüflənirəm. Çünki artıq onun iç üzü bütün çılpaqlığı ilə açılıb cəmiyyətə təqdim olunub. Siyasi prosesləri mütəmadi izləyənlərə yaxşı bəllidir ki, AXCP sədrinin adı vaxtaşırı ayrı-ayrı müxalif partiya funksionerləri tərəfindən xarici fondlarla, Azərbaycan əleyhinə kompromat toplamaqda maraqlı olan beynəlxalq qüvvələr və mətbuatla işbirliyinə hallanıb və açıq şəkildə bildirilir ki, Ə. Kərimli məhz şəxsi və partiya maraqları naminə yeri gələndə dövlət və millət maraqlarını da sata bilər, satır da... "
M.Mirəlioğlu, onu da bildirib ki, Ə.Kərimlinin antiazərbaycan mövqeyinə, fikirlərinə və hərəkətlərinə görə güclü tənqid atəşinə tutaraq, ona keçmişini xatırlatmaqla korrupsiya əməllərini və xalqa, dövlətçiliyə xəyanətini faktlarla ifşa edib: "AXCP sədri Əli Kərimli bu günədək siyasi fəaliyyəti ilə hər an Azərbaycanın milli maraqlarını satmağa hazır olduğunu nümayiş etdirib. AXCP sədri tək öz xalqına, vətəninə deyil, amalına, məsləkinə, dostluğuna, yoldaşlığına qarşı da xəyanət yolu tutub. Onun "siyasi karyerasında", xüsusilə ermənilərlə işbirliyini təsdiq edən amillər istənilən qədərdir və bu barədə onun əməllərinin sübuta ehtiyacı yoxdur. Dağıdıcılıq, ziyankarlıq, xəyanət missiyasını daim tətbiq edərək düşərgədə qarışıqlıq yaradan Ə.Kərimlini silahdaşları belə heç vaxt önəmli fiqur kimi qəbul etmirlər".
Əli Kərimlinin "Mat Tereza"sı- Sevinc Osamanqızı
AXCP sədri Ə. Kərimlinin primadonnaları olduğu kimi, "Mat Tereza"ları da çox olub. Xədicəsi, sonra, Gültəkini və... daha kimlər, onun ardınca isə gəldi Sevinc Osmanqızı "Mat Tereza"sı hesab olundu. S.Osmanqızı özünü "Mat Tereza" kimi təzdiqləmək üçün, başladı Əli Kərimli sayağı satqınlıq etməyə, daha doğrusu satılmağa. Satılmağın da bir məqsədi qrantlar, evlər, villalar əldə etmək.
Azərbaycanın üzləşdiyi ən ciddi problemlərindən də elə biri belə mənəviyyatsız, əxlaqsız müxalifətdir. Nə qədər paradoksal olsa da, onlar bilmir ki, ölkə hakimiyyəti normal, adekvat, ciddi və hadisələrə dərhal normal reaksiya verən müxalifətdə maraqlıdır. Belə müxalifət hakimiyyəti sərt tənqid etməli, iqtidar mənsublarını diskussiyalara və debatlara çağırmalı, problemlərin həll yollarını təklif etməli, hakimiyyət təklifləri qəbul etməyəndə isə xalqı etiraz aksiyalarına səsləyərək iqtidara təzyiq göstərməlidir. Parlament də, hökumət də, hakimiyyət də belə müxalifətin iştirakı ilə formalaşmalıdır.
Amma...sevinclər, xədicələr, gültəkinlər, leylalar və kimlər, kimlər... çirkaba bulaşmışlar anlamalıdırlar ki, reallıq odur ki, Azərbaycan dövləti nə daxildən və xaricdən qaynaqlanan çoxsaylı çağırışlarla qarşılaşıb, bir dəfə də geri çəkilməyib. Bu satqın parazitlər anlamalıdırlar ki, xaricdən maliyyələşdiklərini, Azərbaycandan kənarda olanların göstəriş və əmrləri ilə davrandıqlarını var qüvvələri ilə təkzib etsələr də, yalan cidasını "YouTube" ilə "Facebook"-dakı ikiüzlü çıxışların çuvalında gizlətmək mümkün deyil. Bunu AXCP sədri Əli Kərimli çox gec olsa da, anlamalı, ya da anlamağa çalışmalıdır.
Bu gün ona görə sizin kimi satqınlara cavab vermək istədim ki, iyrənc hərəkətlərinizə BƏSDİRİN, YETƏR! demək üçün. Qurban Məmmədovun düşük və düşkün tribunası, Sevinc Osmanqızının ingilisdilli əyalət tribunası, Tural Sadıqlının, Orduxan Temirxanın unitaz pəncərəsi, Qənimət Zahidin rəvayət quraşdırıb nağıl danışan həpənd çərçivəsi, Vidadi İsgəndərlinin tərbiyəsizlik və...və,.. başqaları da var, hamısı da zibilliklərdə. Onları hər yerdə işlədirlər, idarə olunurlar.
Və bir daha təkrarlamaq istəyirəm: Ölkənin taleyi xarici paytaxtlardakı qaranlıq kulislərdə qəbul ediləcək hansısa qərarların öhdəsinə buraxılmayıb, buraxılmayacaq da. Bunu Əli Kərimli kimi parazitlər anlamağa məcburdular. Və ona da məcburdular ki, tarixi təhrif etmək olar, amma dəyişdirmək olmaz. Vay o günə ki, Əli Kərimlinin ətrafındakı manqurtlaşmış 3-5 nəfər də ayıla. İnanırıq ki, Razi Nurullayevin yaratdığı partiyadan sonra, bəlkə də iflic vəziyyətinə düşəcək. Bax onda Əli Kərimlinin qaçmaq üçün lüsk maşına və qorunmaq üçün cangüdənə daha çox ehtiyacı olacaq. Onda isə cinayət kürsüsünə oturub etdiyi satqınlığa və cinayətlərinə görə xalq qarısında cavab verəcək. O günə az qalıb.
Rəfiqə HÜSEYNOVA