"Şərqi Aralıq dənizində, Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) lisenziyalı sahələrində, Türkiyənin dəniz səlahiyyətli sahələrində tədqiqat aparmaq, onlardan istifadə etmək üçün çalışmaq bizim haqqımızdır". Diaspor info-nun məlumatıan görə, bunu Milli Müdafiə naziri Hulusi Akar Şimali Kıbrıs Silahlı Qüvvələri Günü münasibətilə təşkil edilən tədbirdə etdiyi çıxışda deyib.
"Kipr məsələsi bizim milli davamızdır", deyən Akar dəniz səlahiyyət sahələrinin müəyyən edilməsi, bərabərhüquqlu suveren hüquqların qorunması və resursların ədalətli paylanmasının vacibliyini qeyd edib
"Bu mövzuda heç kim bizə hər hansı bir şəkildə təsir göstərməyə və ya bizə mane olmağa cəhd etməsin. Dəfələrlə demişik ki, bu məsələdə qətiyyətliyik. Bunları da yerinə yetirəcəyik. Bütün fəaliyyətlərimiz qanuni, beynəlxalq və dəniz qanunlarına uyğun olaraq davam etdirilir", - deyə nazir bildirib.
Akar Yunanıstan tərəfilə etimadı artıracaq tədbirlər çərçivəsində qəbul edilən sazişlər çərçivəsində 4-cü toplantının paytaxt Ankarada keçirilməsi üçün hazır olduqlarını tərəfmüqabillərinə bildirdiklərini də qeyd edib.