Ermənistanda başlayan və davam edən informasiya müharibəsi, şəxsiyyətimizə, dəyərlərimizə və inanclarımıza, əcdadlarımızdan miras qalan ənənələrə qarşı yönəlmiş həyati vacib sfera ətrafında cərəyan edir. Diaspor info Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri hərbi ekspert Ayk Nahapetyan bu gün milli kilsəni, dili, mədəni irsi və uşaqlığı qorumaq üçün mexanizmlər təklif edən son hazırlanan qanun layihəsi ilə bağlı qanunvericilik müzakirələri zamanı deyib.
“Keçmişdə və bu günlərdə qəbul edilmiş konvensiyalar və hüquqi aktlar, mövcudluğu tarixi boyunca erməni xalqının təməl daşı olan şəxsiyyətimizlə qarşı-qarşıya qalmağı hədəfləyir. Bu təşəbbüsün əsas məqsədi problemlərlə üzləşmək və təhdidləri aradan qaldırmaqdır”, deyə Ayk Nahapetyan bildirib.