Bütün dünya xalqlarına özünü gizli düşmən kimi təqdim edən koronavirus epidemiyasına qarşı insanlar birgə mübarizə aparmaq üçün çağırışlar edir, təklif və ideyalar irəli sürürlər. Nəticələrdə var. Aparılan maarifləndirici söhbətlər, dövlətlərin tətbiq etdiyi sərt qarantin qaydaları pandemiyanın yayılmasının qarşsını qisməndə olsa almağa imkan verib. Azərbaycan müsbət nəticələr əldə edən dövlətlər arsında ön sırada dayanan dövlətlərdəndir. Əldə olunan müsbət dinamika istər yoluxma, istərsədə ölüm sayında özünü göstərməkdədir. Təbii ki, müsbət nəticənin qorunub, saxlanması üçün Nazirlər kabineti yanında operativ qərargahın qəbul etdiyi qayda və tövsiyyələrə əməl edilməsi vacibdir. Ancaq təəssüf hissi il demək olar ki, heçdə, bütün vətəndaşlar qaydalara əməl emirlər. Acınacaqlı hal həm də ondan ibarətdir ki, sosial şəbəkələrdə qarantin qaydalarının daha da yumşaldılması barədə statuslar paylaşılır, iddilar irəli sürülür. Xüsusilə də, bu istiqamətdə dağıdıcı müxalif ünsürlər və onlarla eyni qazandan qidalanan şəxslər çıxış edirlər. Onlar koronavirusun dünyanı ağuşuna aldığı bir vaxtda Azərbaycan xalqı ilə birlik nümayiş etdirməkdənsə təxribatlara daha çox üstünlük verirlər. AXCP sədri Əli Kərimli sanki, bu günü gözləyirmiş kimi, ağına- bozuna baxmadan pozucu fəliyyətini daha açıq və sərt formada genişləndirir. Hətta Ə.Kərimli özü kimi dayaz düşüncədə və ağılda olan insanların iştirakı ilə aksiyalar keçirmək çağırışı ilə çıxış edir. Anormal məqam ondan ibarətdir ki, Sevinc Osmanqızı AXCP sədri və onun ətrafının təxribatçı əməllərinin xarici ölkələrin mətbu orqanlarında işıqlandırlması və beynəlxalq təşkilatların rəhbərlərinin diqqətinə çatdırılması üçün fəaliyyətini genişləndirib.
“Osmaqızı Tv” müxalifəti idarə edən quruma çevrilir
Hazırda görünən real məqam ondan ibarətdir ki, müxalifətə təsir və təzyiq, maddi və mənəvi yardımların göstərilməsinə baxamayaq, müxalifət qarşılarına qoyulan vəzifələri icra edə bilmir. Bu da müxalifət partiya sədrləri ilə xaricdəki anti-Azərbaycan şəbəkə arasında ciddi ixtilaflar yaradır ki, bundan S. Osmanqızı da ziyan çəkir. Çünki, bəzi idioloji məslələrin həlli edilməsi, informasiya baxımından müxalifətin təmin olunması və digər məsələrin həllini S.Osmanqızı öz üzərinə götürüb. Təbbi ki, bu kimi öhdəliklər dostluq və ya tanışlıq xatirinə edilmir. Həm də, nəzərə almaq lazımdır ki, S.Osmanqızı yaxın əzizinə belə, marağı təmin olunmasa nəsə yardım etməz. Onun fəaliyyəti və insanlara yanaşması “əl əli yuyar, əl də qayıdıb üzü yuyar” prinsipi əsasında formalaşır. Hətta marağı xatirinə erməniləri və erməni lobbisinin də, Azərbaycan əleyhinə olan fəaliyyətlərini müdafiə edir. Misal olaraq, xaricdə yaşayan soydaşlarımızın Ermənistanın işğalçılıq siyasətinə etiraz əlaməti olaraq keçirdikləri aksiyaları tənqid edərək, təşkil olunan aksiyaları vətənşüvənlərin aksiyası adlandırmasını göstərmək olar. Eyni zamanda S.Osmanqızı “SOROS” fondunun maliyələşdirdiyi və özünün rəhbərlik etdiyi “Osmanqızı Tv” də çıxış edərək 1990 –cı il 20 yanvar faciəsi öncəsi azərbaycanlıların ermənilərə qarşı təxribatlar törətdiklərini və respublikadan qovduqlarını bildirb.
Bir sözlə, S.Osmanqızı pula-paraya görə, ermənilərə boyun əyən, onların maraqlarından çıxış edən şəxsdir. Nədi-nədi erməni lobbisi ona maliyyə yardımları göstərir. Bu faktlara istinadən demək olar ki, S.Osmanqızı kimi pula həris şəxsin Azərbaycanın dağıdıcı müxalifətinə qarşılıqlısız heç bir informasiya dəstəyi göstərməz. Hətta ona “nə zamansa hakimiyyətə gəlsək sənə ən yüksək vəzifə verərik” desələrdə S.Osmanızı “soğan olsun nağd olsun” deyib, şirnikləndirici vədləri qulaqardına vuracaq. Təbii ki, Ə.Kərimli, C.Həsənli və xaricdəki maraqlı dairələrdə S.Osmnanqızının xasiyyətinə bələdirlər. Ona görədə, mübahisə etmədən qaragüruh fəaliyyəti qarşılığında ona maliyyə yardımları göstərirlər.
S.Osmanızı Ə.Kərimliyə Müsavat başqanı A.Hacılı ilə əməkdaşlıqdan imtina etmək göstərişi verib
Hikkəli və iddialı olan S.Osmanqızı pul alsada tam şəkildə Ə.Kərimlinin və xarici dairələrin istəklərini yerinə yetirmir. Bəzi hallarda demək olar ki, çalışır ki, öz iddialarını Ə.Kərimliyə yeritsin və bir növ AXCP sədrini özündən aslı vəziyyətə salsın. Çünki, S.Osmanqızı aydın şəkildə dərk edr ki, Ə.Kərimli heç kimə lazım olmadığından, onunla maraqlanan, ondan açıqlama alanda yoxdur. Bu reallığı Ə.Kərimlidə anlayır. Məhz bu fakt səbəbindən Ə.Kərimli S.Osmanqızının “bunu söy, başqasını təriflə və o birinə qarşı isə loyal yanaş” tələblərini qeyr-şərtsiz yerinə yetirir. Deyilənlərə görə, Azərbaycanın dağıdıcı müxalifəti arasında avtoritetə çevirilən S.Osmanızı Ə.Kərimliyə Müsavat başqanı A.Hacılı ilə əməkdaşlıqdan imtina etmək göstərişini verib. Həm də, başa salıb ki, “Milli Şura”nın üzvü Gültəkin Hacıbəyli ilə məsafə saxlasın. Ortada olan faktlar onu deməyə əsas verir ki, Ə.Kərimli S.Osmanqızının bizə məlum olan tələblərini yerinə yetirir. Yəni Müsavatla hər hansı bir əməkdaşlıq münasibətləri yoxdur. G. Hacıbəyliyə qarşı isə inamsızlığın olması göz qabağındadır. Hər bir tədbirdə və aksiyalarda Ə.Kərimlinin yanında olan G.Hacıbəyli bu günlər Ə.Kərimlinin Əbülfəz Elcibəyin məzarını ziyarət edərkən, onun yanında görünmədi. Dah doğrusu, G. Hacıbəylini yaxına buraxmadılar. Bu da onu göstərir ki, G.Hacıbəyli müxalifət düşərgəsi üçün də arzuolunmaz şəxsə çevrilib. Baxmayaraq ki, G. Hacıbəyli zoran özünü müxalifət düşərgəsinin aparıcı simalardan olduğunu göstərməyə çalışır. Əslində isə, o müxalifətə də, lazım olmayan dəyərsiz məxluqdur.
Göründüyü kimi, S.Osmanqızının müxalif partiya sədrləri üzərində böyük təsiri var. Bu təsir daha çox Ə.Kərimli üzərində oduğundan, AXCP və “Milli Şura” formalaşa bilmir. Müsavatla AXCP arasında isə gərginliyin daha da artmasına təkan verir. Vəziyyət belə davam edəcəyi təqdirdə müxalifət düşərgəsində mövcud acınacaqlı durum partiyaların yenidən parçalanması ilə nəticələnəcək. Çünki, sıravi müxalif üzvlər S.Osmanqızının hegomonluğu fonunda liderlərinin zəifliyinə etiraz əlaməti olaraq partiyalardan istefa verəcəklər.